Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin heç bir əlavə sınağa ehtiyacı yoxdur”
Tarix: 25-01-2024 | Saat: 17:23
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin heç bir əlavə sınağa ehtiyacı yoxdur”

“Avropa Şurası Parlament Assambleyasının yanvarın 22-də, qış yarım-sessiyasının açılış günündə Azərbaycanın bu təşkilatda nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi ölkəmizə qarşı açıq-aşkar qərəzli mövqelərdən çıxış edən qüvvələrin növbəti siyasi-diplomatik təxribatıdır. Aydındır ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını arzulamayan və ən əsası, bu regionda Azərbaycanı müstəqil siyasət yürüdən, güclü lider ölkə kimi görmək istəməyən Qərbdəki müəyyən dairələr öz məqsədlərinə nail olmaq üçün AŞPA-nı əllərində bir alətə çevirmişlər. Bu təşkilatın qərəzli və destruktiv addımları deyilənlərin həqiqət olduğuna heç bir şübhə yeri qoymur. Lakin aydın olmayan digər bir məqam bəzilərinin yaranmış vəziyyətdən istifadə edərək Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq cəhdləri ilə bağlıdır. Məhz bu səylərin arxasında hansı məqsədlərin durduğu qətiyyən anlaşılan deyil.”

Bu sözləri Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovun özünə aid sosial şəbəkə hesabında paylaşdığı fikirlərə münasibət bildirən Milli Məclisin deputatı Novruzəli Aslanov aia.az-a verdiyi açıqlamasında deyib.

Deputat qeyd edib ki, bu gün Azərbaycan ilə Türkiyə arasında olan səmimi dostluq və qardaşlıq münasibətləri bütün türk dünyası üçün əsil örnəkdir və bu münasibətlərin heç bir əlavə sınağa və ya qiymətləndirməyə ehtiyacı yoxdur: “Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev Türkiyə-Azərbaycan münasibətlərinə hər zaman xüsusi önəm vermiş, qardaş ölkə ilə əlaqələrin inkişafını xarici siyasətin prioritet istiqaməti kimi müəyyən etmişdir. Bu gün də bu siyasi kurs Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əlbəttə ki, Azərbaycan-Türkiyə münasibətlərindən danışarkən tarixi Şuşa Bəyannaməsi xüsusi qeyd olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu, bu münasibətlər artıq rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Hazırda bu müttəfiqlik özünü siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində və bütün digər sahələrdə açıq-aşkar göstərir. Həmçinin qeyd etmək lazımdır ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il qardaş ölkədə keçirilmiş prezident seçkilərindən az müddət sonra, iyun ayının 12-13-də Azərbaycana səfər etməsi də ölkələrimiz arasında olan birlik və qardaşlığın bütün regionda sabitlik, inkişaf və sülhə xidmət edən çox mühüm beynəlxalq amil olduğunu və bu amilin mahiyyətini bir daha qabarıq şəkildə bütün dünyaya nümayiş etdirdi. Hazırda Azərbaycan-Türkiyə əlaqələri ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz bu əlaqələrin dinamik inkişafını müşahidə edirik. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin nə əlavə hansısa bir sınağa, nə də xüsusilə qeyri-obyektiv qiymətləndirməyə qətiyyən ehtiyacı yoxdur” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024