Mobil versiya
"Səbail" – "Zirə" matçında qapılara qol vurulmadı
Tarix: 22-01-2024 | Saat: 17:40
Bölmə:İdman | çapa göndər

"Səbail" – "Zirə" matçında qapılara qol vurulmadı

Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

aia.az xəbər verir ki, “Zirə” “ASCO Arena”da “Səbail”in qonağı olub. Qarşılaşmada qapılara qol vurulmayıb.

Bu nəticədən sonra xallarını 30-a çatdıran “Zirə” yenidən ikinci pilləyə yüksəlib. “Dənizçilər” isə 27 xalla 5-ci sırada qərarlaşıb

Günün digər matçında “Kəpəz” Qəbələdə “Turan Tovuz”u qəbul edəcək. Bu görüş saat 17:30-da start götürəcək.

Qeyd edək ki, turun açılış oyununda “Sabah” və “Neftçi” komandaları qolsuz sülhə razılaşıblar. Tura yanvarın 23-də keçiriləcək “Qəbələ” – “Sumqayıt”, “Qarabağ” – “Araz-Naxçıvan” matçları ilə yekun vurulacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024