Ana Sayfa > İdman > "Səbail" – "Zirə" matçında qapılara qol vurulmadı
"Səbail" – "Zirə" matçında qapılara qol vurulmadı22-01-2024, 17:40. Yazar: sevinc1 |
Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib. aia.az xəbər verir ki, “Zirə” “ASCO Arena”da “Səbail”in qonağı olub. Qarşılaşmada qapılara qol vurulmayıb. Bu nəticədən sonra xallarını 30-a çatdıran “Zirə” yenidən ikinci pilləyə yüksəlib. “Dənizçilər” isə 27 xalla 5-ci sırada qərarlaşıb Günün digər matçında “Kəpəz” Qəbələdə “Turan Tovuz”u qəbul edəcək. Bu görüş saat 17:30-da start götürəcək. Qeyd edək ki, turun açılış oyununda “Sabah” və “Neftçi” komandaları qolsuz sülhə razılaşıblar. Tura yanvarın 23-də keçiriləcək “Qəbələ” – “Sumqayıt”, “Qarabağ” – “Araz-Naxçıvan” matçları ilə yekun vurulacaq. aia.az Geri dön |