Mobil versiya
"Portu"nun yetirməsi "Səbail"də
Tarix: 19-01-2024 | Saat: 17:30
Bölmə:İdman | çapa göndər

"Portu"nun yetirməsi "Səbail"də


“Səbail” komandası 2024-cü ilin ilk transferini reallaşdırıb.

Klubdan aia.az-a verilən məlumata görə, 25 yaşlı cinah yarımmüdafiəçisi Madi Keta ilə 1,5 illik müqavilə imzalanıb.

“Portu”nun yetirməsi olan oyunçu karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” komandalarının formasını geyinib. Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 yığmalarının şərəfini qorumuş M.Keta hazırda Qvineya-Bisau millisinin üzvüdür.

Qeyd edək ki, futbolçu son olaraq, Portuqaliyanın II divizion təmsilçisi “Mafra”da çıxış edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024