Ana Sayfa > İdman > "Portu"nun yetirməsi "Səbail"də
"Portu"nun yetirməsi "Səbail"də19-01-2024, 17:30. Yazar: sevinc1 |
“Səbail” komandası 2024-cü ilin ilk transferini reallaşdırıb. Klubdan aia.az-a verilən məlumata görə, 25 yaşlı cinah yarımmüdafiəçisi Madi Keta ilə 1,5 illik müqavilə imzalanıb. “Portu”nun yetirməsi olan oyunçu karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” komandalarının formasını geyinib. Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 yığmalarının şərəfini qorumuş M.Keta hazırda Qvineya-Bisau millisinin üzvüdür. Qeyd edək ki, futbolçu son olaraq, Portuqaliyanın II divizion təmsilçisi “Mafra”da çıxış edib. aia.az Geri dön |