Mobil versiya
Təxliyə edilən körpələrin vəziyyəti necədir? - YENİLƏNİB
Tarix: 09-01-2024 | Saat: 13:27
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Təxliyə edilən körpələrin vəziyyəti necədir? -

Respublika Perinatal Mərkəzindəki yanğından sonra 26 körpə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

aia.az xəbər verir ki, onlardan 11-i KTM-in tabeliyindəki Ə.F. Qarayev adına 2 saylı klinik uşaq xəstəxanasına yerləşdirilib.

Xəstəxananın Patologiya şöbəsinin müdiri Ramin Mahmudov jurnalistlərə açıqlamasında bildirib ki, həmin körpələrdən 5-i oğlan, 6-sı qızdır:

“Körpələr xəstəxanaya daxil olduqlarında vəziyyətləri stabil olub. Onlara bütün lazımi yardımlar göstərilir. Körpələrin vəziyyəti stabildir. Hansısa patologiya görülmür”.

Şöbə müdiri qeyd edib ki, körpələrdən 10-u erkən doğulmuşlardır.

Həkim, həmçinin qeyd edib ki, körpələrdən 2-si hazırda küvəzdə, digərləri isə palatadadır.

“Körpələrin xəstəxanadan evə buraxılması məsələsinə gəlincə isə, bu barədə indidən nəsə demək tezdir. Lazımi müayinə və dəyərləndirmədən sonra bununla bağlı qərar veriləcək. Ümumilikdə körpələrin nəfəsalması ilə bağlı hazırda problem yoxdur”.

Kliniki Tibbi Mərkəzin uzman həkimi, Ginekologiya və Doğum şöbəsinin müdiri Şəhla Abdullayeva isə deyib ki, Perinatal Mərkəzdəki yanğın hadisəsindən sonra Kliniki Tibbi Mərkəzə 15 yeni doğulmuş körpə daxil olub və onlardan 8-i reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsinə başlanılıb.

Həkim bildirib ki, uşqalardan 6-sı tənəffüs aparatına qoşulub, onlardan 3-nün vəziyyəti ağır-stabildir.

O qeyd edib ki, mərkəzə gətirilmiş uşaqlar 27 dekabr – 8 yanvar aralığında doğulanlardır.

***

13:11

Respublika Perinatal Mərkəzdə yanğın hadisəsindən sonra şöbəmizə 11 körpə daxil olub. Onlardan 5-i oğlan, 6-sı qızdır.

aia.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin uzman həkimi Ramin Mahmudov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, körpələr xəstəxanaya daxil olduqlarında vəziyyətləri stabil olub:

“Hazırda körpələrə bütün lazımi yardımlar göstərilir. Körpələrin vəziyyəti stabildir. Hansısa patologiya görülmür”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə