Səttar Möhbalıyev: “Ölkəmizdə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblər”
Tarix: 07-01-2024 | Saat: 11:58
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər
“Daim insan hüquqlarından, demokratiyadan bir alət kimi istifadə edən ABŞ-nin bu məsələlərdə, ümumiyyətlə, səmimi olmadığı hamıya məlumdur. Dövlət Departamentinin illik hesabatları isə adətən qərəzli olması ilə daha çox diqqət çəkir. Hesabatlarda göstərilənlər həqiqəti yox, ABŞ-nin görmək istədiyi kimi qeyd olunur. Qurumun dini azadlıqlarla bağlı sonuncu hesabatı da bu siyasətin bilavasitə davamıdır. Burada Azərbaycana aid məqamlar, demək olar ki, cəfəngiyyatdır, tamamilə böhtan üzərində qurulub”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda müxtəlif dinlərin mənsubları arasında qarşılıqlı etimad mühiti mövcuddur: “Ayrı-ayrı dinlərə aid ibadət yerləri tam sərbəst şəkildə fəaliyyət göstərir. Həmçinin istər müsəlman, istərsə də qeyri-müsəlman dini icmalarına dövlətimiz tərəfindən hərtərəfli dəstək göstərilir. Eləcə də ölkə başçısı cənab İlham Əliyev dini bayramlarda onlara təbrik məktubları ünvanlayır, xoş arzularını çatdırır. Bir sözlə, ölkəmizdə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək mehriban ailə kimi yaşayır və həmrəyliyini qoruyur. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın nümunəvi məkanlarından biri kimi tanıdır. Odur ki, sözügedən hesabatda Azərbaycanla bağlı qeyd olunan fikirlər yalandır, ölkəmizin dünyada artan nüfuzuna kölgə salmaq, mənfi fikir formalaşdırmaq məqsədi daşıyır”.
“Məlumdur ki, hesabatın bizə aid bölməsi etnik erməni Daniella Aşbaxyan tərəfindən hazırlanıb. Ondan da obyektiv yanaşma gözləmək, ən azından sadəlövhlük olardı. Çünki o, ədaləti bir kənara qoyaraq daha çox lobbi maraqları ilə hərəkət edir. Bundan başqa, Dövlət Departamenti başını qaldırıb dini zəmində öz ölkəsində baş verən xoşagəlməz hadisələrə, hətta qətllərə baxsaydı, daha yaxşı olardı. Bu istiqamətdə ABŞ-də vəziyyət xeyli bərbaddır, məhz dini mənsubiyyət səbəbindən öldürülənlərin sayı ildən-ilə yüksəlir. Bunun qarşısını almaq əvəzinə, hansısa dövləti dini azadlıqlarla bağlı ittiham etmək sadəcə məsuliyyətsizlikdir”, - Milli Məclisin deputatı vurğulayıb..
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024