Gülər Sultanzadə: “Qərbi Azərbaycan İcmasının bəyanatı ABŞ-dakı anti-azərbaycan qüvvələrin məkrli planlarına layiqli cavabdır”
Tarix: 06-01-2024 | Saat: 14:02
Bölmə:Gündəm / Özəl | çapa göndər
“Qərbi Azərbaycan mənim də dədə-baba yurdumdur. Dünyaya Bakı şəhərində göz açsam da ailəmin tarixi yurd yerlərimizə olan bağlılığı mənim də bütün varlığıma sirayət etmişdir. Buna görə də o torpaqlara nə vaxtsa qayıtmaq mənim də ən böyük arzumdur. Bu baxımdan düşünürəm ki, 1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilmiş və 2022-ci ildən “Qərbi Azərbaycan İcması” kimi fəaliyyət göstərən qurumun gördüyü işlər müstəsna əhəmiyyət kəsb edir. Cəmi 200 il bundan əvvəl tarixi Azərbaycan torpaqlarında Rusiya imperiyasının maraqlarına xidmət etmək üçün zor gücünə yaradılmış Ermənistan iki əsr ərzində ölkəmizin hesabına ilkin olaraq ona verilmiş əraziləri daim artırmışdır. Azərbaycanlılar isə, əsrlər boyu tarixi vətənləri olmuş ərazilərdən qovulmuş, deportasiyaya və qırğınlara məruz qalmışlar. Bu gün Qərbi Azərbaycan İcması da bu soydaşlarımızın hüquqlarının müdafiəsi ilə məşğuldur. Qurumun düz bir il bundan öncə dünya ictimaiyyətinə ünvanladığı müraciətində də bildirilir ki, indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər, və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilmişdir. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən, məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılmış, yer adları dəyişdirilmiş, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı seçkilik həyata keçirilmişdir. Azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistanda dövlət səviyyəsində şöhrətləndirilir. Bütün bunlar dünyada qəbul olunmuş bütün beynəlxalq konvensiyaların prinsip və şərtlərinə tamamilə ziddir.”
Bu fikirləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə səsləndirib.
Fikirlərini davam etdirən partiya fəalı həmçinin bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra Qərbi azərbaycanlıların da hüquqlarının bərpası üçün əlverişli mühit yaranmışdır: “Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı və cəmi 44 günə parlaq Zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq bütün Cənubi Qafqazda yeni geo-siyasi reallıqlar yaratdı və iki ölkə arasında sülh imkanlarını artırdı. Bu tarixi Qələbə həm də Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının bərpası baxımından unikal şansların yaranmasına yol açdı. Qərbi Azərbaycan İcmasının müvafiq müraciətində deyildiyi kimi, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına ciddi təhdid törədir. Məhz bu ədalətsizliyin aradan qaldırılması üçün təşkilat indiki Ermənistandan qovulmuş azərbaycanlı icmasının pozulmuş hüquqlarının bərpa edilməsi uğrunda fəaliyyətini daha fəal şəkildə davam etdirir. Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, indiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin olunmasına çalışır.”
Daha sonra müsahibimiz ABŞ-ın Dövlət Departamenti tərəfindən qərəzli şəkildə hazırlanaraq təqdim edilmiş “Epstein siyahısı” ilə bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanata münasibət bildirərək bunları deyib: “Son illər dini və irqi zəmində törədilən qətllərin və digər ağır cinayətlərin sayında kəskin artımın müşahidə olunduğu ABŞ-ın Dövlət Departamentinin dünyanın digər ölkələrində dini azadlıqlar üzrə məsələləri araşdırması və mövcud vəziyyəti qiymətləndirməsi əslində heç bir məntiqə sığmır. Necə deyərlər, əvvəl evin içi, sonra çölü. Təəssüflər olsun ki, ABŞ hökuməti öz ölkəsi daxilində dini və etnik zəmində yaşanan problemlərin həlli yollarını axtarmaqdansa, hansısa meyarlardan çıxış edərək özünə düşmən hesab etdiyi, siyasətini bəyənmədiyi ölkələrə qarşı beynəlxalq ictimaiyyətdə mənfi rəy yaratmaq cəhdləri ilə məşğuldur. Məhz bu məqsədlə bütün sivil və mütərəqqi dünya dövlətləri tərəfindən həqiqi tolerantlıq məkanı kimi tanınan Azərbaycanın da adı guya ki, hansısa dini və etnik problemlərin mövcud olduğu ölkələr siyahısına salınıb. Düşünürəm ki, bu məsələ ilə əlaqədar Qərbi Azərbaycan İcması tərəfindən dərc olunmuş bəyanat ABŞ-dakı anti-azərbaycan qüvvələrin məkrli planlarının ifşasına yönəlmiş ən layiqli cavabdır. Xüsusilə də bəyanatda ABŞ-ın uzun illər boyunca Ermənistanın Azərbaycan xalqının mədəni irsini, məscidlərini, qəbiristanlıqlarını dağıtmasına, təhqir etməsinə göz yummasının, səlibçi mentaliteti ilə hərəkət etməsinin vurğulanması bu mühüm sənədin təsir gücünü daha da artırır. Bəyanatda deyildiyi kimi, ABŞ-ın din azadlığına dair siyahısının heç bir qüvvəsi, çəkisi yoxdur və onu təkcə Qərbi Azərbaycan İcması deyil, bütün Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları qətiyyətlə rədd edir” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025