Mobil versiya
Tibb müəssisəsinin əməkdaşları təltif olunublar - FOTOLAR
Tarix: 29-12-2023 | Saat: 12:46
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Tibb müəssisəsinin əməkdaşları təltif olunublar

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Elman Hüseynov, şöbənin müdir müavini Vüsal Bayramlı və Sığorta işinin təşkili bölməsinin müdiri Ülviyyə Əlizadə müəssisənin direktoru Elviz Qasımov tərəfindən Təşəkkürnamə ilə təltif olunublar.

E.Qasımov əməkdaşları təbrik edib, onlara fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, sözügedən əməkdaşlar TƏBİB tərəfindən tibbi sığorta və Xidmətlər Zərfi, xəstəxana idarəetmə sistemi üzrə bilik, tibbi sığorta fəaliyyətinin artırılması üzrə təşəbbüskarlıq, ödənişdən imtina səbəblərinin analizi və aradan qaldırmaq, idarəçilik, icraçılıq bacarıqları üzrə fərqləniblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə