Mobil versiya
Naxçıvanda generalın məhkəməsi keçirildi - YENİLƏNİB
Tarix: 29-12-2023 | Saat: 12:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Naxçıvanda generalın məhkəməsi keçirildi -

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

aia.az xəbər verir ki, məhkəməyə Tofiq Həsənov video-konfrans vasitəsilə qatılıb. Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahidlər dindirilib.

Onlar işə düzəlmək üçün Pentensiar Xidmətə pul verdiklərini bildiriblər. Məhkəmə 12 yanvar 2024-cü il saat 12:00-dək təxirə salınıb.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks-xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.

***10:27

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.

aia.az xəbər verir ki, məhkəmə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilir.

Təqsirləndirilən şəxs Tofiq Həsənov məhkəməyə onlayn qaydada qatılıb. Prosesdə şahidlər dindirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025