Mobil versiya
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sağlamlığımızın sabahı” adlı həkim rezidentlərin elmi-praktik konfransı keçirildi -Fotolar
Tarix: 23-12-2023 | Saat: 15:40
Bölmə:Gündəm / Özəl / Qərbi Azərbaycan | çapa göndər

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sağlamlığımızın sabahı” adlı həkim rezidentlərin elmi-praktik konfransı keçirildi

aia.az xəbər verir ki 22 dekabr tarixində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sağlamlığımızın sabahı” adlı həkim rezidentlərin elmi-praktik konfransı keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra açılış nitqi ilə çıxış edən Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu cür silsilə konfransların tibbimizin və təhsilimizin inkişafında çox faydalı olacaqdır deyə qeyd edib.
Ulu öndər Heydər Əliyev bütün siyasi fəaliyyəti boyunca hər bir sahə kimi, səhiyyə sahəsinə də xüsusi diqqət yetirib və onun təşəbbüsü ilə bir çox tibb müəssisələri istifadəyə verilib. Məhz həmin dövrdə milli həkim kadrlarının dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu tibb müəssisələrində təhsil almalarına şərait yaradılıb. Ulu öndərin gənclər siyasətini layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə gənclərin hərtərəfli inkişaf etdirilməsi, onların rifahının yüksəldilməsi üçün bir sıra təşkilatlar formalaşdırılıb. Bu siyasət tibb təhsilində də yeni imkanların yaradılması və bu sahədə köklü islahatların aparılması ilə özünü göstərir.

Rezidentura təhsil pilləsinin yaradılması tələbələrin müstəqil praktikaya başlaması və seçdikləri ixtisası daha dərindən, elmi-tədqiqat səviyyəsində öyrənməsinə şərait yaradır. Bu addım həm də ölkəmizin dünya tibb təhsili sisteminə və eləcə də müasir səhiyyə modelinə uyğun formalaşması deməkdir.

Azərbaycan Tibb Universitetinin Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova çıxışında bu cür tədbirlərin rezidentlərin həyatındakı əhəmiyyətini qeyd edib. O, vurğulayıb ki, belə elmi-təcrübəli konfranslar onların elmi potensialının üzə çıxmasına şərait yaradır və elmi müzakirələr aparmaq bacarıqlarını inkişaf etdirir.

Daha sonra Professor Məhəmməd Kərimov qeyd etdi ki, rezidentlərə tibbi təhsil verməkdən əlavə, potensialı olan həkim rezidentləri gələcəyin elmi işçiləri kimi hazırlamaq da qarşıda duran vəzifələrdəndir. Bu, məqalələrin yazılması, ədəbiyyat icmallarının yazılması, klinik hadisələrin müzakirəsi, elmi konfranslarda çıxışlar vasitəsilə həyata keçirilir. Mərkəzimizdə hər həftənin 5-ci günləri mütəxəssis həkimlərimizin elmi-praktik konfransı keçirilir və rezidentlərimiz də orada təbabətin aktual problemlərinə həsr olunmuş elmi çıxışlar edirlər.

Mərkəzimizin baş həkim müavini, həkim terapevt, t.ü.f.d., Günay İsmayılova və ürək-damar cərrahımız, t.ü.f.d., Vüsal Hacıyev çıxışında həkim rezidentlərimizin son illərdə gördükləri işlərdən və uğurlarından bəhs edib.

Rəsmi hissədən sonra cərrahi və terapevtik ixtisasları əhatə edən elmi panellərdə həkim rezidentlərimiz müxtəlif mövzular əfrafında çıxışlar edərək, müzakirələr aparıblar. Cərrahi və terapevtik ixtisaslar üçün təşkil olunan kurslarda isə Mərkəzimizin mütəxəssis həkimləri tərəfindən konfrans iştirakçılarına müxtəlif kurslar tədris olununub. Tədbirin sonunda məruzələr münsiflər tərəfindən dəyərləndirilib və yaxın günlərdə qalib rezidentlərə mükafatlar təqdim olunacaq.

Konfransın keçirilməsində əsas məqsəd həkim rezidentləri elmi tədqiqat fəalliyyətinə cəlb etmək, rezidentura təhsilinin keyfiyyətini artırmaqdır.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə