Mobil versiya
Novruzəli Aslanov: “Bu gün bütün Qarabağ bölgəsində cənab Ali Baş Komandanımızın ucaltdığı Azərbaycan Bayrağı dalğalanır”
Tarix: 23-12-2023 | Saat: 09:30
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Bu gün bütün Qarabağ bölgəsində cənab Ali Baş Komandanımızın ucaltdığı Azərbaycan Bayrağı dalğalanır”

“Cari ilin 21 dekabr tarixində Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları parlaq Zəfərlər ili olan Heydər Əliyev İlində növbəti dəfə böyük xoşbəxtlik və sonsuz qürur hissi yaşadı. İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq futbol matçı keçirildi. Xankəndi stadionunda azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdılar. Bu yarışı stadionda şəhid övladlarının və ailələrinin əhatəsində izləyən Ölkə Prezidenti cənab İlham Əliyev matçdan əvvəl çıxış edərək bu tarixi hadisənin siyasi əhəmiyyət kəsb edən önəmli cəhətlərini qeyd etmişdir. Möhtərəm dövlət başçımız bildirmişdir ki, Azərbaycanın 20% ərazilərini otuz il işğal altında saxlayan Ermənistan bunun əbədi olacağını düşünürdü. Həmin illər ərzində qədim Azərbaycan şəhəri olan Xankəndi erməni qəsbkarları tərəfindən separatçılığın əsil mərkəzinə çevrilmişdi. Lakin onların Azərbaycan torpaqlarına əbədi sahiblənmək arzuları da bütün digər məkrli planları kimi, alt-üst oldu. İlk növbədə Azərbaycan 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə tərpaqlarının işğalına son qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz işğalçı qüvvələri darmadağın etdi, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bu parlaq Zəfər həm xalqımızın, həm də bütün dünya azərbaycanlılarının qəlblərində əbədi yaşayacaq bir tarix oldu. Bu ilin sentyabr ayında isə, birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi və bu gün artıq bütün Qarabağ bölgəsində cənab Ali Baş Komandanımızın ucaltdığı Azərbaycan Bayrağı dalğalanır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat Xankəndidə keçirilən futbol matçının həm də bütün ermənipərəst qüvvələrə növbəti ciddi mesaj olduğunu qeyd edib: “Xankəndidə tarixi futbol matçı Ölkə Prezidenti cənab İlham Əliyevin topa rəmzi toxunuşu ilə başladı. Bu faktın özü də dörd il bundan öncə həmin stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyərək sərsəm şüarlar səsləndirən Ermənistan rəhbərliyinə və onların xarici havadarlarına ciddi mesaj oldu. Şanlı Azərbaycan Ordusu həm onlara, həm də bütün dünyaya sübut etdi ki, Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Öz çıxışında möhtərəm dövlət başçımız bir daha hər kəsin diqqətinə çatdırdı ki, Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər salınmışdır. Bu gün dövlətimiz tərəfindən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş bütün digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılı. O cümlədən Xankəndi stadionu cəmi iki ay ərzində yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq. Azərbaycan işğaldan azad edilmiş ərazilərinə əbədi qayıdışı ilə bu torpaqlarda bütün digər sahələr kimi idmanı da yenidən dirçəldir” – deyə Novruzəli Aslanov fikirlərini sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə