Soltan Məmmədov: Tibbi tullantıların zərərsizləşdirilməsinə nəzarət gücləndirilməlidir
Tarix: 21-12-2023 | Saat: 14:01
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
Tibbi tullantıların idarə olunması sahəsində qurumlar arasında fəaliyyətin koordinasiyasiyasını təmin edəcək mexanizmin təkmilləşdirilməsi, vəzifə, öhdəlik və səlahiyyətlərin daha dəqiq müəyyən olunması, tibb müəssisələrində tibbi tullantıların yığımı, çeşidlənməsi, saxlanması, eyni zamanda, zərərsizləşdirmə müəssisələrinin fəaliyyəti üzərində monitorinq və yoxlamanın gücləndirilməsinə ehtiyac var.
Bunu Milli Məclisin deputatı Soltan Məmmədov “Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Deputat bildirib ki, zərərsizləşdirmə müəssisələrinin sağlam rəqabət mühitində sayının artırılması, sahibkarlara bu sahəyə investisiya qoyduqları təqdirdə işin davamlılığına dəstək, tibbi personalın bilik və bacarıqlarının yüksəlməsi məsələsi diqqət mərkəzində olmalıdır.
“Dövlət-Özəl tərəfdaşlığı haqqında Qanunun tətbiqi bu sahədə şirkətlərin uğurlu fəaliyyəti üçün əlverişli şərait yaradır. Özəl şirkətlərin göstərdiyi xidmətlərin keyfiyyətinin qiymətləndirilmə nəticələrinə, həmin şirkətlərlə keçirilmiş görüşlərə əsaslanaraq deyə bilərəm ki, bu sahədə lisenziyalaşdırılmış sahibkarlıq subyektlərinin fəaliyyətinin yenidən qiymətləndirilməsi zərurəti yaranıb. Bu şirkətlərin tibbi tullantıların daşınması və düzgün zərərsizləşdirilməsi üçün imkan və bacarıqları, kadr potensialı, tibb müəssisələri ilə sağlam və nəzarət olunan əməkdaşlıq fəaliyyətinin monitorinqinə ehtiyac var. Tibbi tullantıların həcminin düzgün qiymətləndirilməsi və bu həcmin lisenziyalaşdırılmış şirkətlər vasitəsilə zərərsizləşdirilməsi prosesinə də nəzarət gücləndirilməlidir”, - deyə Soltan Məmmədov qeyd edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024