Mobil versiya
Eltun Süleymanov: “Xalq radikalların özünü çoxdan boykot edib”
Tarix: 20-12-2023 | Saat: 11:24
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Xalq radikalların özünü çoxdan boykot edib”

“Siyasi partiyaların birinci funksiyası seçkilərdə iştirak etməkdir. Xüsusən, müxalif partiya iqtidara gəlmək, yaxud qanunverici orqanda təmsil olunmaq üçün bütün seçkilərdə aktiv iştirak etməlidir. Siyasi fəaliyyətin ana qayəsi, təməl bazası budur. Digər bir tərəfdən isə “Siyasi Partiyalar Haqqında” yeni Qanun istənilən səviyyəli seçkilərdə iştirakı partiyaların qarşısında bir vəzifə kimi qoyur. Bu baxımdan seçkiləri baykot qərarı ilə çıxış etmək həm də üzrəinə düşən vəzifələri icra etməmək anlamına gəlir.
Boykot çagırışları radikal müxalifətin dəyişmədiyini, siyasi reallıqları qəbul edə bilmədiklərini və ən əsası ictimai rəyi nəzərə almadıqlarını göstərir. Hər kəs ictimai-siyasi mühitin sürətlə dəyişdiyi halda radikal müxalifətin özünün seçki və siyasi mübarizə taktikasında heç bir keyfiyyət dəyişikliyi edə bilmədiyini görür. Bu tip qərarların qəbulu radikalların seçki taktikasında qələbə təminatlı dəyişikliklər etmək gücündə olmadığını aydın şəkildə göstərir. Bu baxımdan baykot qərarı sadəcə öz zəifliklərini, sosial bazanın olmadığını, İlham Əliyevlə mübarizə aparmaq gücündə olmadıqlarının ört-basdır etmək üçün verilmiş qərar kimi qəbul olunmalıdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib

Müsahibimz qeyd edib ki, “Təəsüflə demək olar ki, son illər müxtəlif internet kanalları açaraq hakimiyyəti, ölkəmizdə həyata keçirilən uğurlu islahatları tənqid edən, qarayaxma kampaniyası ilə məşğul olan bu insanlarda “inkarçılıq hissi” hamıdan yüksəkdir. Onların məqsədləri nəyin bahasına olursa-olsun Azərbaycan hakimiyyətini gözdən salmaq, aparılan siyasi, sosial-iqtisadi islahatlara mənfi don geyindirməkdir. Onların bacardığı yeganə iş insanları itaətsizliyə çağırmaq, vətəndaşları qarşıdurmaya təhrik etməkdir. Dünya təcrübəsindən də məlumdur ki, vətəndaş itaətsizliyi vətəndaş müharibəsinə aparıb çıxaran amildir. Dünyanın sivil cəmiyyətlərində belə yanaşmalar heç vaxt qəbul olunmur. Əslində, radikal müxalifətin bu ənənəni davam etdirəcəyi gözlənilən idi.
Elə də oldu. İndi sosial bazası olmayan, söyüş ritorikasından o tərəfə keçə bilməyən radikalların “boykot” qərarı sadəcə gülüş doğurur. Çünki kim, nəyi boykot etdiyini özləri belə bilmirlər.”

Eltun Süleymanov sonda qeyd edib ki, “Azərbaycan cəmiyyəti 30 il bundan əvvəlki deyil. Xalq ağı qaradan, yaxşını pisdən ayırmağı bacarır. Hələ 2020-ci ildə az qala torpaqların azadlığı uğrunda mübarizəni, daha sonra antiterror əməliyyatını boykot edənlərdən bundan artıq nəsə gözləmək də mümkün deyildir. Ona görə də xalq bu qüvvələri özü çoxdan boykot edib.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024