Mobil versiya
Novruz Aslanov: “Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlər Azərbaycanın sərvətidir”
Tarix: 16-12-2023 | Saat: 14:57
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruz Aslanov: “Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlər Azərbaycanın sərvətidir”

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə cənab İlham Əliyevin namizədliyini irəli sürüb. Bu barədə qərar YAP İdarə Heyətinin 15 dekabr 2023-cü il tarixində keçirilmiş genişləndirilmiş iclasında qəbul edilib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) Baş Məclisinin dekabrın 16-da keçirilmiş növbədənkənar sessiyasının iclasında Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi məsələsi müzakirə olunub.

Bu barədə aia.az-a verdiyi açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov danışıb.

Deputat bildirib ki, Baş Məclisin növbədənkənar sessiyası qurumun Nizamnaməsinin tələblərinə uyğun olaraq çağırılıb: “Məlumat üçün bildirim ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Rəyasət Heyəti 2 fevral 2004-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü” seçilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizamnaməsinin 14-cü maddəsinə uyğun olaraq, cəmiyyətin fəxri və digər üzvülərinin müxtəlif seçkili orqanlara namizədliklərinin verilməsi və dəstəklənməsi üçün lazımi tədbirlər görülür, təkliflər irəli sürülür. Bununla bağlı dekabrın 15-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının geniş tərkibdə yığıncağı keçirildi və cari məsələlərlə yanaşı, Cəmiyyətin Fəxri üzvü cənab İlham Əliyevin 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyinin dəstəklənməsi məqsədilə Nizamnamənin 16-cı maddəsinə əsasən Baş Məclisin növbədənkənar sessiyasının çağırılması qərara alındı.”

Daha sonra N.Aslanov Azərbaycanın son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə imza atdığı tarixi nailiyyətlərdən bəhs edərək bunları deyib: “2003-cü ildən bu günə qədər keçən müddət ərzində Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanın cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm tarixi nailiyyətlər əldə etmiş və regionun aparıcı ölkələrindən birinə çevrilmişdir. Xüsusilə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam olaraq təmin olunması, məcburi köçkünlərimizin doğma yurdlarına qayıtması bunun bariz nümunələrindəndir. Əldə olunan nailiyyətlərdən biri də beynəlxalq təşkilatlarla qarşılıqlı işgüzar əlaqələrin genişlənməsi, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin artırılması və davamlılığının təmin edilməsidir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının bərabərhüquqlu üzvü kimi və hökumətin humanitar sahədə etibarlı tərəfdaşı olaraq, daim dövlətin qayğısı ilə əhatə olunub. Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə sıx əmkdaşlıq şəraitində bir çox uğurlara imza atmışıq. Bütün bunlar cənab Prezident İlham Əliyevin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafı üçün imzaladığı fərman və sərəncamların, o cümlədən 2007-ci ildə qəbul olunmuş “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun sayəsində mümkün olub.”

Fikirlərini davam etdirən AQAC prezidenti xüsusilə son illər ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsini və insanların rifah halının durmadan yüksəlməsini əsas göstəricilər olaraq qeyd edib: “Tam əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın gözəl gələcəyinin təməlini qoydu, cənab Prezident İlham Əliyev isə bu təməlin üzərindən müasir Azərbaycanı inşa etdi. Bu gün Azərbaycan artıq təkcə Cənubi Qafqaz regionunda deyil, həmçinin bütün Avrasiya məkanında gedən proseslərə müdaxilə etmək imkanı olan söz sahibidir. Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında rolu və önəmi getdikcə artan Azərbaycan hazırda dünya miqyasında ən etibarlı tərəfdaş ölkələrdən biri kimi tanınır və qəbul edilir. Dövlət başçımızın uğurla həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq gündən-günə zənginləşən Azərbaycanda xüsusilə son illər elm, təhsil, mədəniyyət, idman, səhiyyə və digər sahələrdə böyük uğurlar əldə edilmiş, ölkədə məşğulluğun səviyyəsi ildən-ilə artmış, əhalinin rifah halının yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bütün bu nailiyyətlər – ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması, ölkədə mövcud olan ictimai-siyasi sabitlik, əldə edilən uğurlar, sosial-iqtisadi sahənin inkişafı, insanlarımızın sərbəst, rahat yaşaması və əmək fəaliyyəti ilə məşğul olması bütün Azərbaycanın milli sərvətidir. Bizim hamımızın borcu bu sərvəti qorumaq və artırmaqdır. Əminəm ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 350 min üzvü və 25 minə yaxın könüllüsü gələn ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində bir nəfər kimi iştirak edəcək və bütün xalqımız kimi, öz vətəndaşlıq mövqeyini bildirərək Azərbaycanın alternativsiz lideri cənab İlham Əliyevi dəstəkləyəcəklər” – deyə, Novruz Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024