Mobil versiya
Bu il nə qədər adam QİÇS-ə yoluxub?
Tarix: 14-12-2023 | Saat: 12:11
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Bu il nə qədər adam QİÇS-ə yoluxub?

Ötən 11 ay ərzində Azərbaycanda 792 nəfər İİV-ə yoluxub.

aia.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, hesabat dövründə Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 81668 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2 321 nəfərdən 1 340 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 379, QİÇS-lə Mübarizə Mərkəzində 446, Sumqayıt Narkoloji Mərkəzində 173 nəfər) 990 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 11 ay ərzində İİV-ə 792 nəfər yoluxub. Onlardan 761 nəfəri Azərbaycan vətəndaşları, 31 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında 64 nəfəri (8,4%-i) İnyekson Narkotik İstifadəçiləri olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə