Mobil versiya
Sosial-İqtisadi Kollecdə Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edildi -Fotolar
Tarix: 12-12-2023 | Saat: 14:09
Bölmə:Gündəm | çapa göndər

Sosial-İqtisadi Kollecdə Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edildi

aia.az xəbər verir ki, dekabrın 12-si Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il keçir.Hər il olduğu kimi bu il də xalqımız Ümummilli Lideri, Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir,ruhuna dualar oxuyurlar.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin kollektivi dekabrın 9-da Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət etdi. Kollecin “Dil Ədəbiyyat” FBK-nın müəllimi Aynur Ağamalıyeva ziyarət iştirakçılarına Heydər Əliyevin həyat yolundan danışmış, dahi insanın Azərbaycan xalqının qəlbində daima yaşayacağını bildirmişdir.
Sonra Kollecin akt zalında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir davam edib. Tədbirdə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev,YAP-nın Kollec üzrə ərazi təşkilatının sədri Natiq Musayev,Kollecin tələbə həmkarlar təşkilatının sədri Asim Novruzov cıxış edərək Ulu Öndərin həyat yolundan,həyata kecirdiyi islahatlardan,xalqın və dövlətin xilası naminə atdığı addımlardan danışıblar.
Kollecin direktoru,pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov çıxışında bildirdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka,müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Cənab Prezident İlham Əliyevin 44 gün ərzində hər bir azərbaycanlıya böyük sevinc və qürur hissləri yaratdı. Bu tarixi qələbə, zəfər bayramını bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, igid, rəşadətli əsgər və zabitlərimizdir.
Ruhun şad olsun Ümummilli lider, Ulu öndər.
Allah rəhmət eləsin.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025