Dövlət Bayrağımız xalqımızın azadlıq iradəsinin əbədi ifadəsidir
Tarix: 06-11-2026 | Saat: 10:10
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycan Bayrağı yalnız bir dövlət atributu deyil. O, xalqımızın dövlətçilik tarixini, müstəqilliyini və milli kimliyini özündə əks etdirən müqəddəs rəmzdir. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənc nəsil bayrağımızın mənasını dərk etməli və ona layiq olduğu qiyməti verməlidir”. Ümummilli Lider Heydər Əliyevin bu dəyərli fikirləri üçrəngli bayrağımızın xalqımızın həyatında nə qədər mühüm yer tutduğunu, onun tarixi və mənəvi əhəmiyyətini aydın şəkildə ifadə edir. Azərbaycan Bayrağı milli qürurumuzun, dövlət müstəqilliyimizin, azadlıq istəyimizin və dövlətçilik iradəmizin rəmzidir. O, xalqımızın keşməkeşli tarixini, istiqlal uğrunda mübarizəsini, milli həmrəyliyini və gələcəyə bəslədiyi ümidləri özündə yaşadır.
Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqı üçün dərin mənəvi məna kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla təsis edilən bu əlamətdar tarix dövlət rəmzimizə göstərilən hörmətin, milli dəyərlərimizə bağlılığın və müstəqilliyimizə sədaqətin ifadəsidir. Üçrəngli bayrağımıza nəzər saldıqda sadəcə müxtəlif rənglərdən ibarət dövlət atributunu deyil, xalqımızın azadlıq arzusunu, zəngin tarixini, mənəvi dünyasını və müstəqil dövlət qurmaq əzmini görürük. Azərbaycan Dövlət Bayrağının yaranma tarixi XX əsrin əvvəllərinə, milli şüurun yüksəldiyi və istiqlal uğrunda mübarizənin genişləndiyi dövrə təsadüf edir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli demokratik respublikalardan biri olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi dövlətçilik tariximizdə mühüm dönüş nöqtəsi oldu. Həmin il noyabrın 9-da hökumətin qərarı ilə mavi, qırmızı və yaşıl rənglərdən ibarət üçrəngli bayrağımız qəbul edildi. Bununla da xalqımızın azadlıq və müstəqillik arzuları dövlət rəmzimizdə öz əksini tapdı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul olundu. Bu qərar milli dövlətçilik ənənələrinin yenidən dirçəldilməsi istiqamətində atılmış mühüm tarixi addım idi. Eyni zamanda, həmin sessiyada Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” ifadəsinin çıxarılması barədə qərar qəbul edildi. Ulu Öndər həmin tarixi hadisəni belə xatırlayırdı: “1990-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq”.
Naxçıvanda baş verən bu tarixi hadisə Azərbaycanın müstəqilliyə doğru irəlilədiyi mürəkkəb siyasi şəraitdə mühüm əhəmiyyət kəsb edirdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımıza yenidən dövlət bayrağı statusu verdi. Həmin il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi onun dövlətçilik rəmzlərini bərpa etdi. Nəticədə, üçrəngli bayrağımız müstəqil Azərbaycanın səmasında yenidən dalğalanmağa başladı. Ümummilli Lider Heydər Əliyev dövlət rəmzlərinin xalq və dövlət həyatındakı əhəmiyyətini vurğulayaraq demişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”. Azərbaycan Respublikasının Dövlət Bayrağı Konstitusiya ilə mühafizə olunan ən mühüm dövlət atributlarından biridir. Bayrağın görünüşü, rənglərinin ardıcıllığı və digər elementlərinin yerləşmə qaydası müvafiq qanunvericiliklə tənzimlənir. Ona ehtiramla yanaşmaq hər bir vətəndaşın konstitusion vəzifəsidir. Çünki dövlət rəmzlərinə hörmət göstərilməsi Vətənə, xalqa və müstəqil dövlətimizə bağlılığın mühüm göstəricisidir. Paytaxt Bakıda salınan Dövlət Bayrağı Meydanı da üçrəngli bayrağımıza verilən yüksək qiymətin bariz nümunəsidir. 2010-cu il sentyabrın 1-də meydanın açılış mərasiminin keçirilməsi və burada Dövlət Bayrağı Muzeyinin yaradılması milli tariximizin, dövlətçilik ənənələrimizin və dövlət rəmzlərimizin təbliği baxımından əhəmiyyətli hadisələr oldu.
Hazırda üçrəngli bayrağımız Azərbaycanın beynəlxalq miqyasda tanınmasının, dövlət suverenliyinin və xalqımızın birliyinin əsas simvollarından biri kimi çıxış edir. Ölkəmizin müxtəlif bölgələrində, dövlət qurumlarında, təhsil müəssisələrində və beynəlxalq təşkilatların yerləşdiyi ünvanlarda dalğalanan bayrağımız müstəqil dövlətə sahib olan xalqımızın iradəsini və kimliyini nümayiş etdirir. Bayrağın müqəddəsliyi yalnız onun ucaldıldığı məkanlarla məhdudlaşmır. Bu ali dəyər hər bir vətəndaşın Vətənə sevgisində, dövlətinə münasibətində və milli-mənəvi dəyərlərinə sədaqətində özünü büruzə verir. Xüsusilə gənclərin üçrəngli bayrağımızın yaranma tarixini, rənglərinin ifadə etdiyi mənaları və müstəqilliyimizin əldə olunması yolunda aparılan mübarizəni dərindən öyrənməsi böyük əhəmiyyətə malikdir. Dövlət Bayrağı Günü hər birimizi milli kimliyimiz ətrafında daha sıx birləşməyə, müstəqilliyimizin dəyərini qorumağa və dövlətçilik irsimizi gələcək nəsillərə çatdırmağa səsləyir. Üçrəngli bayrağımız xalqımızın keçmişindən gələcəyinə uzanan mənəvi bağ, milli birlik və həmrəyliyimizin əbədi rəmzidir.
Qudbiddin Qardaşov,
YAP Zaqatala Rayon Təşkilatının sədr müavini.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-11-2026