Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya HƏBS EDİLDİ
Tarix: 06-11-2026 | Saat: 09:26
Bölmə:Manşet / Dünya | çapa göndər

Türkiyənin sabiq ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya həbs edilib.
aia.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Fatma Betül Kaya İstanbul Baş Prokurorluğunun maliyyə bazarlarında həyata keçirilən əməliyyatlarla bağlı apardığı fond istintaqı çərçivəsində saxlanılıb.
O, ifadəsi alındıqdan sonra “Kapital bazarı haqqında” qanunu pozmaqda və cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda şübhəli bilinərək həbs tələbi ilə növbətçi məhkəməyə göndərilib.
Məhkəmə prokurorluğun vəsatətini təmin edərək onun barəsində həbs qətimkan tədbiri seçib.
İstintaq çərçivəsində Kayının həyat yoldaşı İlyas Kaya və Türkiyənin sabiq Kapital Bazarları Şurasının (SPK) sədri İbrahim Ömer Gönül barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.
Onların ölkədən çıxışına qadağa qoyulub və imza atmaq öhdəliyi müəyyən edilib.
Xatırladaq ki, Kaya 26 sentyabr 2026-cı ilə qədər Ədalət və İnkişaf Partiyasında (AKP) sədr müavini olub. O, həmin tarixdə fond iddiaları ilə bağlı istintaqa kölgə salmaması üçün partiyadakı bütün vəzifələrindən azad olunmasını istəyib.
İstintaqın əsasını "Özata Denizcilik" şirkətinin OZATD səhmləri üzrə əməliyyatlar təşkil edir. Türkiyə mediasında yayılan mlumata görə, səhmlərin alınması və ötürülməsi barədə məlumatlar istintaq materiallarında göstərilib. Belə ki, Kaya 2026-cı ilin aprelində təxminən 250 min OZATD səhmi alıb. Onun əri İlyas isə təxminən 150 min səhm əldə edib. Səhmlər avqust və sentyabr aylarında satılıb. Cütlüyün əməliyyatları nəticəsində təxminən 2,17 milyard TL-lik (43,26 milyon ABŞ dolları) satış həyata keçirildiyi bildirilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-11-2026