Mobil versiya
Bakı Sağlamlıq Mərkəzində 102 yaşlı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranı müalicə olunub
Tarix: 04-12-2023 | Saat: 17:30
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər

Bakı Sağlamlıq Mərkəzində 102 yaşlı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranı  müalicə olunub

Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı 102 yaşlı Fatma Səttarova “bakteriyal pnevmaniya” diaqnozu ilə ağır vəziyyətdə mərkəzimizə müraciət etmişdir. Yüksək tempratur, infeksiya göstəriciləri və oksigen çatışmazlığı kimi şikayətlərdən əziyyət çəkən xəstəmiz tətbiq olunan müalicələrdən sonra qısa zaman ərzində şikayətlərindən azad olmuş şəkildə, sağlamlığına qovuşdu.
Bakı Sağlamlıq Mərkəzinin terapiya şöbəsinin rəhbəri Zakir Quliyevin müalicəsinə başladığı Fatma Səttarovanı şəfa ilə evə yazmağın sevincini yaşayırıq.
İkinci Dünya müharibəsi illərində Vətənə hədsiz sevgi, şücaət və əsl mərdlik nümayiş etdirən veteran Fatma anamıza sağlam həyat arzu edirik.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə