“ Onkoloji xəstəliyin qənimi “ və yaxud sağlam yaşamaq üçün nələrə diqqət etmək lazımdır
Tarix: 30-11-2023 | Saat: 09:51
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər
Bu, adı həkim Djonna Budviq qazanmışdır. Həyatda 95 il ömür sürmüş, 7 dəfə tibb sahəsində Nobel mükafat almış həkim onkoloji xəstələrini təbii üsulla 90 faiz sağalda bilmişdir. Qaldı ki, onun müalicə üsulu uzun illər gizlin qalmışdı. Son vaxtlar bilinib ki, həkim bu uğura kətan toxumu yağı və yağsız kəsmik dietin gücü, eləcə günəşin, D3 vitaminin effekti hesabına nail olurmuş. Gəlin həkimin onkoloji xəstələr üçün hazırladığı dərmanla tanış olaq.
Təzə kənd südündən 1 fincan kəsmik, eləcə təzə olmaqla 2-5 x. q kətan toxumu yağı, yaxud 1-3 x. q üyüdülmüş kətan toxumu və bir az qırmızı acı bibər götürülüb yaxşı-yaxşı qarışdırılır. Məlul hazır olandan sonra hər gün 1 dəfə yalnız taxta qaşıqla içilir. Dərmanın qəbulu zamanı qidaya da fikir verilmək lazımdır. Birinci şəkərdən uzaq durmaqla, əvəzində üzüm ya üzüm şirəsindən istifadə olmalıdır. Heyvani piylərdən, satışdakı mayonezdən, mənşəyi bilinməyən bütün ətlərdən, marqarin yağından və kimyəvi qatqılı bütün qidalardan imtina edilir. Əvəzində isə hər gün kök, çuğundur şirəsi 2 saat qalmaqla , kərəviz şirəsinin qarışığını, həm də nanə, üzüm yarpağı, qızıl gül qarışıqdan hazırlamış dəmləməni gündə 3 stəkan, İlıq halda 1 ç. q bal qarışığı olmaqla içmək xəstəliyin kökünü kəsir.
Qaynadılmış yumurta, sirkə və su şəkərin dərmanıdır
Bunu uzun araşdırmadan sonra tibb mütəxəssisləri deyiblər. Belə ki, yumurtanı qaynadıb qabığı təmizlənir. Çəngəl və ya diş çöpündən istifadə etməklə yumurta bir neçə yerdən deşilir. Bir gecə yumurtanı sirkədə saxlamaqla növbəti səhər onu yeyib və üstündən bir stəkan ilıq su içilir. Ardıcıl olaraq bir-neçə gün bu proseduraya əməl etməklə qanda şəkərin səviyyəsi normaya düşür. Onu da bildirim ki, mən özüm də şəkər xəstəsiyəm. 20 gündür məhz bu üsuldan istifadə edirəm.
Müalicənin səmərəsinə görə artıq şəkər xəstəliyim arxada qalıb...
İnsana qüsursuz bədən dünyada qiymətli nemətdir
İl ərzində insanın bədənində müxtəlif dəyişikliklər baş verir. Təəssüf ki, bütün bunların mahiyyətinə o qədər də əhəmiyyət vermirik. Fəqət, sağlamlığımızın qayğısına qalmaq məqsədilə bu prosesləri izləmək hər bir şəxs üçün olduqca vacibdir. Sizə həyatda sağlam və gözəl olmaq arzusu ilə bu barədə bir neçə söz demək istəyirəm.
Ürəkdən başlasam yerinə düşər. Sağlam ürək dəqiqədə 80 dəfə vurur. Çox maraqlıdır ki, o bu müddət ərzində 5 litr qanı bədənin bütün hissələrinə çatdıra bilir. Belə olduğu halda il ərzində ürəyin vurma miqdarı 42 milyona bərabərdir. Onu da deyim ki, bərk həyəcanlananda, əsəbiləşəndə, qorxanda, eləcə stress keçirəndə ürək öz döyünmə ritmini də itirir. İnsanın bədənində axan 5 litr qanın tərkibində 35 milyon qırmızı qan zərrəciyi var. 4 aydan bir onlar təzələnir. Sağlam qanda ağ qan zərrəciyi demək olar ki, yox dərəcəsindədir. Yəni 600 qırmızı qan zərrəciyinə cəmi bir ağ qan zərrəciyi düşür. Qan dövranı düzgün olan insanda nəfəs alma da yaxşı gedir. Adi halda yaşlı adam bir dəqiqədə 16 dəfə nəfəs alıb verir. Bu vaxt 8 litr hava qəbul edir və buraxır. Nəticədə bir adam belə hesabla hər gün nəfəsalma prosesində 0,5 litr su itirir.
İnsanın göz yaşı 3 aylığından sonra ağlayaraq gözdən axır. Hər gün ”istehsal” etdiyimiz göz yaşı isə 5 milli litrdir. Bu rəqəm ağlayıb- ağlamamağımızdan asılı olmayaraq il ərzində dəyişilməz qalmaqla 1,5 litrə çatır. Gözlə bağlı daha bir maraqlı fakt. İnsan gözü hər 3 saniyədə bir qırpılır. Bir ildə isə göz qırpmaları sayı 10 milyona bərabər olur.
Baş bədənin əsas hissəsidir. Orta hesabla hər bir başda 100 min saç soğancığı bitir. Saç ayda1s.uzanır. Gündə isə 150-300 saç itirməklə bu da ildə 109500 saç deməkdir. Hər bir saç başımızda 2-6 il qalır. Saqqal tükləri isə gündə 0,38 mm uzanır.
İnsanın dərisi il ərzində 3 dəfə dəyişir. Dərinin ölmüş hissələri 120 gün müddətində yeniləri ilə əvəz olunur. Gənc insan dərisində təqribən 7,9 litr su var. Hər gün tərləyərək dəri vasitəsi ilə adam 2 litr
su itirir. İtirilən su nisbəti tərlənməyə kimi yenidən bərpa olunur.Bədənin bir üzvü olmaqla dırnaqların rolu həyatda hər kəsə aydındır. Dırnaqların artım sürəti çox aşağıdır. Belə ki, ay ərzində 0,5 sm. uzanır. Əgər bir ildə onları kəsməsək uzunluğu 7,7 sm-ə çatacaqdır. Ayaq dırnaqları əl dırnaqlardan 2 dəfə gec uzanır.
Bəli, insana qüsursuz bədən dünyada qiymətli nemətdir. Şair də gözəl deyib:
Qoy eşitsin qohum, qardaş, el məni,
Həyatın varlığı ellər gözəldir,
Qüsursuz bədəndə canın sağlığı,
Qəlb oxşayan şirin dillər gözəldir.
Çiçəklər beyni müalicə edir
Çiçəklər haqqında alimlər maraqlı bir fakt öyrəniblər. Sən demə, onlar təkcə estetik zövq mənbəyi
deyil. Həm də insan beyinin müalicəsində əvəzsiz rol oynayır. Çin alimlərinin sözlərinə görə, nərgiz,
novruz gülü, zəfəran, lavanda kimi çiçəklər bir sıra müalicəvi xassələrə malikdir.
Belə ki, novruz gülünün tərkibində qalantamin maddəsi alzheimer xəstəliyi nəticəsində yaranan
yüngül və ağır dərəcəli ağıl kəmliyə, eləcə də beyin qan dövranının xroniki pozğuntuları zamanı
faydalıdır. Bu maddə orqanizmdə asetilxolinin qatlığını artırır.
Asetilxolin neyronlardan gələn məlumatların ötürməsinə görə məsuliyyət daşıyır. Qalantamin
nərgizin tərkibində mövcuddur. Bu çiçəyin eyni zamanda xərçəng əleyhinə xassələrə malik olduğu
güman edilir. Eyni zamanda Sidneydən olan alimlər müəyyən etmişlər ki, zəfəran görmə
hüceyrələrinin elastikliyinə kömək edir.
Lavanda isə qorxu hissini aradan qaldırır, yuxusuzlukdan xilas edir, həm də ağrı və aqressivliyi
azaldır. Eyni xüsusiyyətlərə südləyən gülü də malikdir. O, beyin hüceyrələrini qocalmaqdan da
qoruyur.
Sadə və ziyansız müalicə üsulu
Bəri başdan deyim bu müalicə üsulun kökü çox-çox qədimlərə gedib çıxır. Ən əsası isə əsrlərin
sınağından uğurla çıxan bir metoddur. Sadə və olduqca ziyansız olan bu müalicə xalq təbabətində
“özünü təlqin” adlanır. Mən özümdə təqribən 1990-ci ildə belə bir metoddan istifadə etmiş və onun
səmərəsini də yaxşı görmüşəm. Belə ki, 1981-ci ildə ordu sıralarında futbol oyunu zamani ciddi zədə
aldım. Uzun müddət həkimlərə müraciət etdim, müxtəlif müalicə üsullarına əl atdım. Ancaq
bunların heç xeyri olmurdu. Günlər keçdikcə ağrılarım azalmaq əvəzinə artırdı.
Atam poçtalyon olduğuna görə evimizdə müxtəlif qəzet və jurnallar olardı. Bir dəfə əlimə rus dilində
olan qəzet parçası düşdü. Onu oxudum və ağrılarıma çarə tapa bildim. Özümü necə müalicə etməyim
barədə məlumat versəm maraqlı olar.
Qəzeti oxuya-oxuya “ özünü təlqin” müalicəsinə başlayanda əvvəl orqanizmimi tam sakit vəziyyətə
gətirdim. Bununla sağalmağa məndə əminlik yarandı. Sonra divara 8 addım aralı kresloda rahat
əyləşib və baxışımı gözümün istiqamətindən 30 santimetr yuxarıda olan divardakı bir ləkəyə zillətdim.
Nöqtəyə baxa-baxa 100-dən 1-ə qədər saymağa başladım. Özü də rəqəmlərin adını hər dəfə tutanda
dərindən nəfəs alırdım. Nöqtəyə baxa-baxa, rəqəmləri saya-saya, yavaş-yavaş özümü ilıq bir dənizin
dibinə düşməyimi təsəvvürümə gətirdim. Qəfildən hiss etdik ki, göz qapaqlarım qaralır və gözlərimin
qarşısı tədricən dumanlanır. Bu an gözlərimi aramla bağlamağa başladım. Belə vəziyyətdə yenə
dərin nəfəsalma ilə 100-dən birə qədər saymağımı davam etdim. Saydıqca, həm də fikrimdə
canlanırdı ki, yatmış, dincələn balıq belə rahat bir məkanda hansı hissləri keçirə bilər. Elə bu rahat
məkanı xoş düşüncələrlə öz dünyama gətirdim. Və beləcə də özümü tam təhlükəsiz hiss etdiyim
anda saymağı saxladım.
Vəziyyətdən çıxmaq üçün “bir” deyəndə hazırlaşdım, ”iki” deyəndə nəfəsimi bir neçə saniyəlik
saxladım. “Üç” ə çatanda isə gözlərimi açdım. Gözlərimi açandan sonra az müddət ərzində rahat
halda əyləşdiyim kreslodan durmadım. Hiss etdim ki, artıq kəskin baş ağrılarım gedibdir. Tam
sağalmaqdan ötrü özümü bir neçə dəfə bu üsulla müalicə etdim. İndi çoxdandır baş ağrılardan
əziyyət çəkmirəm.
“Özünü təlqin” müalicəsindən hər bir adam müalicə oluna bilər. Sağlam həyat üçün bu olduqca
faydalıdır. Onu da deyim ki, insan orqanizminin gizli qüvvələri çoxdur. Özünü sağlam olmağa
yönəltmək üçün bu qüvvələrin qədir-qiymətini bilmək və buna inam lazımdır. Elə həyatın gözəlliyi,
şirinliyi sağlam canla bağlıdır. Qoy hər açılan səhərimiz üzlərdə təbəssüm, ürəklərdə sevinc olsun.
Onda yaşadığımız işıqlı dünya heç vaxt öz gözəlliyini itirməz...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024