Aqiyə Naxçıvanlı: “Azərbaycan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının fəal iştirakçısıdır ”
Tarix: 25-11-2023 | Saat: 13:30
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər
“Azərbaycan uzun illərdir ki, Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli formatda, həm də müxtəlif təşkilatların tərkibində əlaqələrini uğurla inkişaf etdirir. 25 il bundan öncə yaradılmış BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin daha da dərinləməsinə xidmət edir. Təsadüfi deyil ki, noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxış edən cənab Prezident İlham Əliyev bu sammiti sentyabrın 14-də Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün məntiqi davamı kimi dəyərləndirmişdir. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. Qeyd edək ki, SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə və məhz Azərbaycanın təşəbbüsü ilə keçirilir. Həmçinin cənab Prezident İlham Əliyevin dəvətilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər ki, bu da yeni və daha geniş iqtisadi əməkdaşlıq formatının yaranmasına yol açacaq.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Fikirlərini davam etdirən deputat Azərbaycanın iştirak etdiyi bütün beynəlxalq təsisatlarda olduğu kimi, SPECA-da da fəal rol oynadığını qeyd edib: “Öz çıxışında cənab Prezident İlham Əliyev belə bir vacib məqamı xüsusi vurğulamışdır ki, SPECA yarananda müstəqilliyinə yeni nail olmuş üzv ölkələrin qarşısında həllini gözləyən bir çox ağır problemlər, çağırışlar durmuşdu. Lakin ötən illər ərzində bu ölkələr həmin problemləri həll etmiş, dövlət suverenliklərini möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən xeyli inkişaf etmişlər. Bu dövlətlər müstəqil siyasət yürüdürlər və bu siyasətin prioritetlərini yalnız öz ölkələrinin milli maraqları əsasında müəyyənləşdirirlər. Daha bir vacib amil təşkilata üzv ölkələrdə ictimai-siyasi sabitliyin hökm sürməsidir. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət aldığı halda, həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf və quruculuq prosesləri uğurla gedir. Bu isə əlbəttə ki, ölkələrimizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edən önəmli məqamdır. Möhtərəm dövlət başçımız qonşu Ermənistanın timsalında dünyada asılı, özünü daha böyük dövlətlərin marionetinə çevirən ölkələrin də az olmadığını diqqətə çatdırdı. Əlbəttə ki, belə ölkələrə heç bir halda müstəqil demək olmaz. Belə dövlətlərin siyasəti xalqlarının iradəsinə əsaslanmır və onların taleyi xarici sponsorların əlindədir. Necə ki, Ermənistanın da siyasəti hazırda Fransa tərəfindən müəyyən edilir və yönləndirilir. Qeyd etmək lazımdır ki, Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda olduğu kimi, SPECA-da da xüsusi fəallığı ilə seçilir. Cənab Prezident İlham Əliyev öz çıxışında bəyan etdi ki, Azərbaycan BMT-nin himayəsi altında təsis edilmiş SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq. Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır.”
Həmçinin A.Naxçıvanlı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işləri ilə bağlı Prezident İlham Əliyevin təqdim etdiyi açıqlamaların önəmini vurğulayaraq bunları deyib: “Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Təbii ki, dost ölkələr olaraq SPECA-ya üzv dövlətlər də Azərbaycanın bu yönümündə fəaliyyətini diqqət və maraqla izləyirlər. Böyük bir ərazidə sıfırdan yeni şəhər və kəndlərin inşası əlbəttə ki, böyük resurslar tələb edən işdir. Cənab Prezident İlham Əliyev aparılan işlər barədə sammit iştirakçılarını məlumatlandıraraq bildirdi ki, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Artıq keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. Bütün bunlar isə, ilk növbədə Azərbaycanın iqtisadi gücünün göstəricisidir” – deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər