Mobil versiya
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bakı Beynəlxalq Ginekoloji Konfransı” təşkil olunub -Fotolar
Tarix: 23-11-2023 | Saat: 18:08
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bakı Beynəlxalq Ginekoloji Konfransı” təşkil olunub

aia.az xəbər verir ki, 23-25 noyabr 2023-cü il tarixlərində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bakı Beynəlxalq Ginekoloji Konfransı” təşkil olunmuşdur.

“MİPS BAKI - III Praktik Kurs”, ”Minimal və Endo-Vizual Ginekologiya”, “Sərhədsiz Ginekologiya - VII Konfrans”larinı əhatə edən proqamın ilk günü uğurla başa çatdı.

Professor mama-ginekoloq İslam Mahalovun rəhbərlik etdiyi konfransın ilk günündə “MİPS BAKI - III Praktik Kurs”u baş tutdu.
Canlı cərrahiyyə ilə başlayan kursda Prof. Dr. İslam Mahalovun “Laparoskopik sakropeksiya” əməliyyatı əməliyyatxanadan akt zalına canlı bağlantı həyata keçirildi.

Canlı cərrahiyyə yekunlaşdıqdan sonra ardıcıl olaraq nəzəri və praktik kurslarda iştirakçılar öz bilik, bacarıqlarını inkişaf etdirdilər.
Prof. Dr. İslam Mahalov, Prof. Dr. Diaa Rizk Bahrain, Prof. Dr. Fulya Dökmeci, Dr. Kadyrzhan Ussenov, Dr. Abdullah Arman Özdemir, Prof. Dr. Səadət, Dr. Nigar və Dr. Fəridə Abbasovanın çıxışları əsasında 5 kurs keçirilmişdir. “Hamiləlik, doğuşun çanaq dibinə təsiri və qorunması”, “Ultrasəs və çanaq dibi diaqnostikası”, “Urodinamika”, “Laparoskopiya”, və “Histeroskopiya” kursuda daxıl olmaqla bütün kurslarda mütəxəssislər ginekoloji xəstəliklər zamanı müasir müalicə üsullarını əhatə edən müxtəlif mövzular barədə çıxışlar etmişdir.

4 fərqli dildə tərcümə olunan məruzələr geniş iştirakçı kütləsini əhatə edirdi.

Qeyd edək ki, yerli və xarici professorların, yüksəkixtisaslı mütəxəssislərin iştirak etdiyi Beynəlxalq Elmi-Praktik konfrans və MİPS kursları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 27 DTT balı ilə qiymətləndirilmişdir.

Təşkil olunmuş kurslar böyük marağa səbəb olmuşdur. JW Marriott Absheron Baku və Bakı Sağlamlıq Mərkəzində 24-25 noyabr tarixlərində ”Minimal və Endo-Vizual Ginekologiya" - "Sərhədsiz Ginekologiya - VII Konfrans"ları baş tutacaqdır.
Səhiyyəmizin inkişafı üçün bu cür elmi-praktiki konfrans və kursların vacibliyi danılmazdır.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzi tibb elminin inkişafına, xüsusən də tələbələrin inkişafına yönəlik layihələr, imkanlar yaradaraq, intellektual kadr potensialının inkişafına öz töhfəsini verməkdə davam edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə