Mobil versiya
Tərxis olunan hərbçi və qazilər üçün yardım mərkəzi açılsın
Tarix: 13-11-2023 | Saat: 15:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Tərxis olunan hərbçi və qazilər üçün yardım mərkəzi açılsın

“Təklif edirəm ki, tərxis olunan hərbçi və qazilərimiz üçün yardım mərkəzi açılsın”.

aia.az xəbər verir ki, bu təklifi Milli Məclisin bugünkü iclasında deputa Musa Quliyev səsləndirib.

Onun sözlərinə görə, onların reabilitasiya yardımına ehtiyacı var.

“Əlavə olaraq, təklif edirəm ki, büdcədən ayırıb özəl idman salonları açılsın. Uşaqlar güzəştli şərtlərlə dövlət maliyyəsi ilə ora getsinlər”.

M.Quliyevin digər təklifi kino ilə bağlıdır: “Biz tariximizi kino vasitəsilə gələcək nəsilə ötürməliyik”. “Çıxışımın sonunda bir xahişim də var. Gəncədəki Heydər Əliyev Mərkəzinin təmirə ehtiyacı var. Mədəniyyət Nazirliyini diqqət göstərməsini, ora maliyyə ayrılmasını xahiş edirəm”, - deyə Musa Quliyev qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025