Aqiyə Naxçıvanlı: “ECO-ya üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər”
Tarix: 10-11-2023 | Saat: 13:34
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər
“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) 1992-ci ildə daxil olub. Ötən 31 il ərzində ölkəmiz təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın xarici siyasətində təşkilata üzv ölkələrlə əlaqələrin şaxələndirilməsi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Qeyd olunmalıdır ki, Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə təşkilata üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə ECO-nun daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etmişdi. 2006-cı ildə ECO-nun ölkəmizdə keçirilən IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat qeyd edib ki, hazırda təşkilata sədrlik edən Azərbaycan ECO-ya üzv dövlətlərlə münasibətlərinə hər zaman xüsusi əhəmiyyət verib: “İqtisadi Əməkdaşlıq Təşkilatı regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi baxımından unikal imkanlara malikdir. Ümumiyyətlə əməkdaşlığa hər zaman açıq olan Azərbaycan təbii ki, ECO çərçivəsində də mövcud əməkdaşlıq əlaqələrinin şaxələnməsi və müxtəlif sahələrdə genişlənməsi təşəbbüsləri ilə çıxış edir. Bu məqam Ölkə Prezidenti cənab İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 9 noyabr tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilmiş 16-cı Zirvə toplantısında etdiyi çıxışında da öz əksini tapıb. Qeyd olunub ki, Azərbaycan ECO-nun fəaliyyətinə dəyərli töhfələr verməyə davam edir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. O cümlədən, ECO-nun 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib.”
Həmçinin A.Naxçıvanlı Azərbaycanın təşkilata üzv dövlətlərlə ikitərəfli formatda da əlaqələrini uğurla inkişaf etdirdiyini vurğulayıb: “Məlum olduğu kimi, bu yaxınlarda rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Bundan başqa Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir. Qeyd etmək lazımdır ki, ötən il Prezident İlham Əliyevin Özbəkistanda bir dəfə dövlət səfərində və iki dəfə işgüzar səfərdə olması, eləcə də Şavkat Mirziyoyevin yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsi ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir.”
Daha sonra deputat Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun ECO-nun üzv dövlətləri üçün açıq olduğunu vurğulayaraq bunları deyib: “Öz çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev son illər ərzində Azərbaycanın özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyduğunu və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini bir daha diqqət mərkəzinə çəkdi. Hər iki dəhlizin Azərbaycandan keçən hissələrinin tam hazır olduğunu qeyd edən dövlət başçımız Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün hər zaman açıq olduğunu bildirdi. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Bu təşəbbüslərin reallaşması təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək. Ölkəmizin ECO-nun üzvü kimi effektiv fəaliyyət göstərdiyini təsdiq edən məqamlardan biri də Azərbaycanın təşkilatın Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənməsidir. Məlumdur ki, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bu gün ölkəmizdə məhz bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Görülən tədbirlər sayəsində Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanmış sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, ECO-ya üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Xüsusilə Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları da ehtiva edir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024