Mobil versiya
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bakı Sağlamlıq Mərkəzində tədbir keçirilib - VİDEO
Tarix: 08-11-2023 | Saat: 17:25
Bölmə:Gündəm / Qərbi Azərbaycan | çapa göndər

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bakı Sağlamlıq Mərkəzində tədbir keçirilib

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bakı Sağlamlıq Mərkəzində tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbirin əsas qonaqları Vətən müharibəsi dövründə Mərkəzimizdə müayinə, müalicə, əməliyyat və reabilitasiyaları icra olunan qazilərimiz olub.

Bakı Sağlamlıq Mərkəzinin şəhid və qazi ailə üzvü olan, həmçinin müharibə veteranı əməkdaşlarının da iştirak etdiyi bu tədbir Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənovun açılış nitqi ilə başlayıb.

Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Asiman Həsənov Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə müharibə iştirakçılarını təbrik etmişdir. Tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ müharibəsində əsgərlərimizin göstərdiyi şücaətlərdən bəhs etmişdir. Diqqətə çatdırdı ki, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi hər zaman diqqət və ehtiramla yad edilir. Bildirdi ki, Zəfər günlərimiz gələcək nəsillər tərəfindən də fəxarətlə xatırlanacaq.

Tədbirdə iştirak edən Nərimanov rayon deputatı Hikmət Babaoğlu, Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev, şəhidimiz Rövşən Nurzadənin atası Əli Nur və şəhidimiz Azad Hümbətovun atadı Arif Hümbətov 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş yenilməz Azərbaycan Ordusunun hər bir üzvünün fədakarlıqlarından söz açdılar. Həmçinin Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmışdır.

Qeyd edək ki, tədbirdən əvvəl müharibə iştirakçıları Mərkəzimizdə hərtərəfli tibbi müayinədən keçib sonra isə təşkil olunmuş nahar süfrəsi ətrafında həm söhbət olub, müharibə dövründəki xatirələrindən söz açıblar.

İgid qazilərimizə hədiyyələri təqdim olunduqdan sonra isə xatirə şəkli çəkdirilib.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə