Mobil versiya
Fərhad Abdullayev: “Qarabağın erməniəsilli əhalisinin hüquqları və təhlükəsizliyi təmin ediləcək”
Tarix: 07-11-2023 | Saat: 11:39
Bölmə:Gündəm | çapa göndər

Fərhad Abdullayev:

“Qarabağın erməniəsilli əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək”.

Bu, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin AZƏRTAC-da dərc olunmuş məqaləsində əksini tapıb.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası etnik, dini, dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir:

“Əsas Qanunun bu müddəasını rəhbər tutmaqla, dövlətimiz ölkə ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə hər zaman bərabər yanaşma tətbiq edir. Aktual məsələlərdən biri Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi ilə bağlıdır. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu məsələ Azərbaycan dövlətinin daxili məsələsidir, Qarabağın erməniəsilli əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə