Mobil versiya
Deputat təcili tibbi yardım problemini qaldırdı
Tarix: 04-11-2023 | Saat: 16:30
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Deputat təcili tibbi yardım problemini qaldırdı

Bakıda 7-10 il bundan öncə 185 təcili tibbi yardım - ambulans heyəti işləyirdi. Son illərdə Bakının əhalisi də artıb və bu gün qeydiyyatdan keçən 2 milyon 700 min nəfərdən söhbət gedir.

aia.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, bu gün 140 təcili tibbi yardım maşını var: “Ambulanslar ən yaxşı halda 40-45 dəqiqəyə gəlib çatır. Bu, sosial məsələdir, bu məsələni qaldıraq. Hökumətdən xahiş edək ki, buna həll yolu tapılsın. İnsanlar işləyir, amma texniki güc yoxdur”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə