“Şəxsiyyətin harmoniyası işığında” kitabının təqdimatı
Tarix: 04-11-2023 | Saat: 14:12
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər
Uzun müddət məsul vəzifələrdə çalışmış III dərəcəli “Vətənə Xidmətə görə” ordenli Dövlət qulluqçusu, hazırda Masallı Rayon Ağsaqqallar Şurasının sədri, 17 kitab, yüzlərlə publisistik yazı, hekayə və tərcümə əsərinin müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist, “Qızıl qələm” və H. B. Zərdabi media mükafatları laureatı Ələşrəf Niftiyevin növbəti kitabı ulu öndər Heydər Əliyevin 100 iliyi münasibətilə qələmə alınıb. 3 bölmədən ibarət, 77 səhifəlik kitab “Şəxsiyyətin harmoniyası işığında” başlığı altında Bakıda, «Elm və təhsil» nəşriyyatında işiq üzü görüb. Yeni nəşrdə müstəqil Azərbaycanımızın qurucusu, dahi şəxsiyyət, milli liderin irsinin öyrənilməsinə və milli-mənəvi dəyərlərimizin təbliği, maarifləndirmə işində rayon Ağsaqqallar Şurasının əlaqədar təşkilatlarla birlikdə həyata keçirdiyi yanaşmalardan danışılır. Masallı şəhər Gənclər Mərkəzində Masallı Dövlət Regional Kollecinin təşəbbüsü ilə kitabın təqdimatı baş tutdu.
Tədbiri Masallı Dövlət Regional Kollecinin direktoru, «Tərəqqi» medallı Vidadi Nəzərov açaraq “Şəxsiyyətin harmoniyası işığında” kitabı haqqında danışdı. Söz
Masallı Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əlimərdan Abdullayeva veriləndə , o, tədbir iştirakçılarını rayon rəhbəri Araz Əhmədov adından salamlayaraq, müəllifi ərsəyə gətirdiyi yeni kitabı münasibətilə təbrik etdi. Sonra Ə. Niftiyevin həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olundu.
Çıxışlarda rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva, Masallıda çıxan «Yeni həyat» ictimai-siyasi qəzetinin Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin və RF Jurnalistlər İttifaqının üzvü Əlihüseyn Şükürov, yazıçı Xodaşirin Cəbiyev, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Soltanağa Cəfərov, «Yeni həyat» qəzetinin məsul katibi Həsənağa Əliyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun rəisi Sabiq Cahangirov, şair-publisist Tahir Heydərli, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, həmin kollecinin tarix müəllimi Baba Həsənov, Ağsaqqallar Şurasının Masallı şəhər üzrə sədri Fəxrəddin Talıbzadə, Masallı rayon Mərkəzi Kitabxanasının direktor əvəzi Zamin Məmmədov və başqaları 78 yaşlı ədib haqqında ürək sözlərini deməklə, kitabla bağlı fikirlərini söylədilər. Bildirildi ki, ən əsası gələcək nəsillər üçün əvəzedilməz töhfə olan “Şəxsiyyətin harmoniyası işığında” Masallının tanınmış ağsaqqal və yaradıcı şəxsiyyətlərinin ömür yoluna müəllif tərəfindən işıq tutulur, burada cəmiyyətdə baş verən ictimai-siyasi hadisələr məharətlə əks edilir. Kitabda yazılanlar həyatın özündən götürülüb, qələmə alınan xatirə və esselərdəki əsas leytmotiv isə xalqın milli-mənəvi dəyərlərin qorunması, hərbi-vətənpərvərlik işinin təbliği istiqamətində yeni nəslə örnək və gözəl nümunə ola bilər.
Dəyərli ziyalı, gözəl insan, elin sevimli ağsaqqalı Ələşrəf Niftiyev tədbirin təşkilinə görə Masallı rayon rəhbəri Araz Əhmədova, tədbir iştirakçılarına minnətdarlığını söylədi, kitab nüsxələrini imzalayaraq oxuculara hədiyə etdi və dedi:- Nə qədər ömür var, yazacağım əsərlərdə xalqa, dövlətçiliyə xidməti əsas tutmaqla əhali, xüsusilə gənclər və məktəblilər arasında ölkəmizin uğurlarının təbliğinə geniş yer verəcək, daha məzmunlu, oxunaqlı kitablarla görüşünüzə gələcəyəm.
Oxucular bir daha kitab haqqında müsbət rəy söylədilər, müəllifə can sağlığı, yeni uğurlar arzuladılar. İştirakçılara xoş əhval-ruhiyyə gətirən tədbir Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə dahi şəxsiyyətin şərəfinə həsr edilən şerlərin səslənməsi ilə başa çatdı .
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024