Mobil versiya
Xankəndidəki paradda sülhməramlılar da iştirak edəcək
Tarix: 04-11-2023 | Saat: 11:46
Bölmə:Manşet / Gündəm | çapa göndər

Xankəndidəki paradda sülhməramlılar da iştirak edəcək


Azərbaycan öz missiyasını yerinə yetirdi.

aia.az xəbər verir ki, bunu rusiyalı siyasətçi, Yaxın Şərq üzrə ekspert Stanislav Tarasov deyib.

Siyasətçi erməni jurnalistin sualına cavabında bildirib ki, sülhməramlılar Azərbaycana əks qüvvə kimi deyil, Ermənistanla Azərbaycan arasında vasitəçi qüvvə kimi yerləşdirilib.

Həmçinin o, qeyd edib ki, noyabrın 8-də qələbə hərbi paradında Rusiya sülhməramlıları da iştirak edəcək: "Azərbaycan Rusiyanın sülhməramlı korpusunun yolunu təntənəli şəkildə açacaq, məmnuniyyətlə və medallarla. Bu normaldır.

Əliyev (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - red.) bacarıqla işləyir. Paşinyan ondan öyrənməli idi. Qarabağı təslim etmək mümkün deyildi. Amma Paşinyan öncə Putinə zənglə şikayət etdi, Praqada isə Moskva ilə razılaşmadan sənəd imzaladı, Azərbaycanın bütövlüyünü qəbul etdi və bununla da bütün oyunu korladı. Sonra da dedi ki, Putin və ruslar günahkardır".

Qeyd edək ki, Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş hərbi paradın Xankəndi şəhərində keçirilməsi planlaşdırılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025