Mobil versiya
"Meyitlərin burun və qulaqlarını kəsdilər, qızıllarını götürdülər" - Babayan etiraf etdi
Tarix: 02-11-2023 | Saat: 15:35
Bölmə:Gündəm | çapa göndər

"Meyitlərin burun və qulaqlarını kəsdilər, qızıllarını götürdülər" -

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılan Babayan Madat Arakeli törətdikləri cinayətləri etiraf edib.

aia.az xəbər verir ki, 150-dən çox Xocalı sakininin eyni anda pusquya salınaraq qətlə yetirilməsində iştirak etmiş Madat Babayan istintaqa ifadəsi zamanı deyib ki, 1992-ci ilin fevral ayında Xocalı soyqırımının törədilməsində iştirakçı olub.

M.Babayanın sözlərinə görə, 1992-ci ilin fevralında onlar Xocalıya gəliblər.

"Şirinyan dedi ki, bir az gözləyin, adamlar gəlirlər. Ondan sonra atəş açmağa başladıq. Səhəri gün saat 10-da əmr verdilər ki, dayanın, biz də dayandıq. Daha sonra tapşırıq verildi ki, öldürdüyümüz azərbaycanlıların meyitlərini toplayaq. Üç URAL gəldi, 150 meyiti həmin maşınlara yüklədik. 6 yaralı var idi, onları da maşına yerləşdirib Xocalıya gətirdik. Ölənlərin arasında uşaq, qadın və qızlar var idi, öldürülənlərin burun və qulaqlarını kəsdilər, üzərlərində olan üzük, sırğaların hamısını çıxardılar.

Xocalı qırğınından sonra öldürülümüş insanların evlərini talan etdilər və orada yaşayanlara məxsus mal-qaranı yığıb Xankəndiyə gətirdik", - deyə o, əlavə edib.

Bundan əlavə, Madat Babayan əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərib.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, bu ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla "AKM" avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılıb./trend

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025