Misgər Məmmədov: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz milli qürur mənbəyimizə çevrilib”
Tarix: 31-10-2023 | Saat: 14:58
Bölmə:Gündəm | çapa göndər
Bu gün Azərbaycan xalqı Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizin üçüncü ildönümünü böyük təntənə ilə qeyd edir. Əlbəttə ki, şanlı Zəfər Günü ilə əlaqədar hər kəsin deməyə sözü, paylaşmağa fikirləri vardır. Bugünkü buraxılışımızda Vətən müharibəsinin başlanmasını şərtləndirən səbəblər, qələbəmizi təmin edən əsas amillər və digər bu kimi mövzularla bağlı aia.az-ın (Azərbaycan İnformasiya Agentliyi) suallarını ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov cavablandırır.
- Misgər müəllim, ilk növbədə istərdim ki, 44 günlük Vətən müharibəsinin başlanmasını zəruri edən səbəblər barədə ozxucularımızla fikirlərinizi paylaşasınız. Sizcə nəyə görə 30 ilə yaxın davam edən danışıqlar heç bir nəticə vermədi?
- Əslində erməni işğalına son qoymaq üçün hərbi əməliyyatların başlanması 2020-ci ilin sentyabrından hələ çox əvvəl artıq tarixi zərurət kimi ortaya çıxmışdı. Münaqişənin guya ki, sülh yolu ilə həlli məqsədilə 30 il ərzində aparılan danışıqların heç bir nəticə verməməsi bu zərurəti doğuran əsas amil idi. Məsələ bundadır ki, əslində beynəlxalq təşkilatlar, vasitəçilik missiyasını üzərilərinə götürmüş tərəflər qarşılarına ümumiyyətlə belə bir məqsəd qoymamışdılar. Dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Beynəlxalq təşkilatların bütün səyləri münaqişənin dondurulmasına, Azərbaycana hərbi əməliyyatlara başlamağa imkan verməməyə yönəlmişdi. Eyni zamanda da erməni qəsbkarları artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdılar. Cəzasızlıq mühiti, havadarlarının dəstəyi artıq ermənilərin özlərini də hansısa güc sahibi olduqlarına inandırmışdı. Son bir neçə ildə isə ermənilər mütəmadi olaraq bütün sərhəd boyunca atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tuturdular. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparılırdı. Dövlət başçımız gözəl bilirdi ki, Azərbaycan gec-tez məhz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq. Və bu gün gəldi, 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini növbəti dəfə şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularımızın və dinc sakinlərin ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycanın başladığı hərbi əməliyyatlar tezliklə Vətən müharibəsinə çevrildi və cəmi 44 gün davam edən bu müharibənin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.
- Etiraf etməliyik ki, 2020-ci ilin sentyabr-noyabr ayları ərzində Azərbaycan təkcə hərb meydanlarında savaşmadı. Anti-Azərbaycan qüvvələri ölkəmizə eyni zamanda siyasi-diplomatik müstəvidə və informasiya cəbhəsində də müharibə elan etmişdilər. Bu barədə nə deyə bilərsiniz?
- Aydındır ki, hərb meydanında əldə olunmuş istənilən qələbə öz təsdiqini siyasi-diplomatik müstəvidə tapmayınca tam hesab oluna bilməz. Məhz buna görə də Vətən müharibəsinin getdiyi müddətdə bütün dünyada ermənipərəst qüvvələr beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycanın haqlı mövqelərini zəiflətmək və ölkəmizi az qala təcavüzkar kimi qələmə vermək üçün əllərindən gələni edirdilər. Lakin cənab Prezident İlham Əliyevin məharətli və incə diplomatiyası, düşünülmüş müdrik siyasət bütün bu cəhdlərin qarşısını qətiyyətlə aldı. Bu xüsusda II Qarabağ savaşının davam etdiyi müddətdə möhtərəm dövlət başçımızın dünyanın aparıcı kütləvi informasiyalarına verdiyi müsahibələrin önəmi ümumiyyətlə ölçüyəgəlməzdir. Cənab Prezident həmin dövrdə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu və beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısını müvəffəqiyyətlə aldı.
- Misgər müəllim, Azərbaycan hərbçiləri Vətən müharibəsinin gedişində bir çox önəmli qələbələrə imza atmışlar. Bununla belə məhz Şuşa şəhərinin işğaldan azad edilməsi bütün bu parlaq qələbələr sırasında xüsusi yerə və çəkiyə malikdir. Sizcə bunun əsas səbəbi nədir?
- Şuşanın işğaldan azad edilməsi bir tərəfdən hərbi əməliyyatların gedişinə təsiri nəzərə alınaraq strateji baxımdan, digər tərəfdən isə daşıdığı mənəvi dəyərlər baxımından müstəsna əhəmiyyət kəsb edib. Şuşa Qarabağın dağlıq ərazilərini nəzarətdə saxlamaq xüsusunda malik olduğu coğrafi mövqeyinə görə böyük strateji əhəmiyyət kəsb edir. Şuşaya nəzarət etmək Xankəndiyə və bir çox digər yaşayış məntəqələrinə nəzarət etmək deməkdir. Əlbəttə, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı bu ədalətli Vətən müharibəsinin sonu elə hərbi əməliyyatların başlandığı ilk gündən heç kimdə şübhə doğurmurdu. Ali Baş Komandan cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə demişdi ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Sadəcə olaraq xalqımızın sülhsevərliyi, möhtərəm dövlət başçımızın insanpərvərliyi qarşı tərəfə münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlardan sonadək yararlanmaq şansı vermişdi. Lakin bizi düzgün başa düşmədilər. Bizi aciz bildilər. Hətta başqa ərazilərimizə də göz dikdilər. Nəhayət Azərbaycan xalqının da səbri tükəndi. Və budur, ermənilərin beş il ərzində işğal etdikləri, otuz il ərzində hərbi-mühəndis qurğuları ilə, güclü istehkamlarla möhkəmləndirdikləri ərazilər 44 gün ərzində Azərbaycan Ordusu tərəfindən ardıcıl azad edildi. 2020-ci il noyabr ayının 8-də isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz Şuşanı azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşən unikal hərbi əməliyyatlar sırasında yer aldı. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə məhz bu günün, 8 noyabr tarixinin respublikamızda Zəfər Günü kimi qeyd olunması da 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsilə başa çatmasında Şuşanın işğaldan azad olunmasının ən önəmli faktor kimi çıxış etdiyini bir daha vurğulayır.
- Ermənilərin 30 il ərzində işğal altında saxladıqları torpaqlarımızda olmazın vəhşiliklər törətdikləri acı, lakin danılmaz həqiqətdir. Bu barədə hansı fikirlərinizlə paylaşmaq istərdiniz?
- Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Ermənistan Birinci Qarabağ müharibəsində də hərbi cinayətlər törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Ermənilərin törətdikləri vəhşiliklərlə və vandalizm əməlləri ilə bağlı çox sayda faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatdırılmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Lakin bu dəfə artıq Azərbaycanı informasiya blokadasına almaq mümkün deyildi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bu gün artıq bütün dünya erməni qəsbkarları tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə gördülər və bundan sonra heç kim onları bu həqiqətlərin əksinə inandıra bilməz. Bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Bu dəlillər birmənalı olaraq sübut edir ki, rəsmi İrəvan hərbi cinayətkardır. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Rəsmi İrəvan bütün bu cinayətlərə görə beynəlxalq müstəvidə hüquqi məsuliyyət daşımalıdır.
- Misgər müəllim, Azərbaycan üç il bundan öncə qədəm qoyduğu parlaq zəfərlər yolu ilə bu gün də inamla addımlamaqda davam edir. Sizcə ölkəmizin bütün bu uğurlarını şərtləndirən əsas amillər hansılardır?
- Hesab edirəm ki, bütün uğur və qələbələrimizin əsasında duran ən vacib amil bu gün ölkəmizdə Heydər Əliyev siyasi kursunun, Ulu Öndərimizn əsasını qoyduğu islahatların ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla davam etdirilməsidir. Məhz bunun nəticəsi olaraq Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan üç il bundan öncə özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı ərazilərini geri qaytardı və bununla da ölkənin ərazi bütövlüyü bərpa olundu. Bu tarixi Qələbədən üç il sonra, 19 sentyabr 2023-cü il tarixində Azərbaycan bir sutkadan da az müddət ərzində keçirdiyi antiterror əməliyyatı nəticəsində ölkənin bütün ərazisində öz suverenliyini bərpa etdi. Bu Zəfərlərin nəticəsi olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açdı və məhz Azərbaycan bu reallıqların müəllifidir.
Söhbətləşdi: Elman Hüseynov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025