Nazir: "Azərbaycanda müasir səhiyyə infrastrukturunun maddi-texniki bazası gücləndirilir"
Tarix: 02-11-2023 | Saat: 10:27
Bölmə:Qərbi Azərbaycan / Manşet | çapa göndər
"Azərbaycanda son illərdə müasir səhiyyə infrastrukturu obyektləri inşa edilir, tibb müəssisələri ən son texnoloji avadanlıqlarla təchiz olunur və maddi-texniki baza gücləndirilir".
aia.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Medinex” - 2023" sərgisində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, tibb mütəxəssisləri əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlik fəaliyyətlərində peşəkarlığın artırılmasına xüsusi yer ayırır, bilik və bacarıqların səhiyyənin daim yenilənən tələblərinə uyğunlaşdırılması üçün sektordakı dəyişiklikləri yaxından izləyirlər.
O bildirib ki, əsas vəzifələrdən biri də milli səhiyyə sistemində tibb elminin nailiyyətlərinin tətbiqini təmin etməkdir: "Bu baxımdan, nazirlik tibb ictimaiyyətinə innovativ məhsulların tanıdılmasına, mütəxəssislərin müasir trendləri izləməsinə, elmi-texniki nailiyyətlərin tətbiqinə imkan yaradan sərgilərin təşkilini yüksək qiymətləndirir və dəstəkləyir. Səhiyyə sektoru qlobal miqyasda ən sürətlə inkişaf edən sahələrdən biridir. Bugünkü şəraitdə uğur qazanılması üçün keyfiyyətli məhsulların istehsalı qədər onların tanıdılması da əhəmiyyətlidir. COVİD-19 pandemiyası hər bir ölkənin özünü tibbi məhsullarla təmin edə bilməsinin strateji məsələ olduğunu önə çıxartdı. Bu gün burada qurulan münasibətlərin qarşılıqlı biznes maraqlarının yüksəldilməsinə, investisiya yatırımlarının artırılmasına və əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcəyinə inanıram".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024