Mobil versiya
Arif Hacılının oğluna bu ittihamlar verildi
Tarix: 01-11-2023 | Saat: 15:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Arif Hacılının oğluna bu ittihamlar verildi

Ötən gün saxlanılan Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı təqsirləndirilən şəxs qismində cəlb edilib.

aia.az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham elan edilib.

O. Hacılı barəsində hələ ki, qətimkan tədbiri seçilməyib.

Qeyd edək, bir neçə gün öncə Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə “Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılması əks olunub. Onun hadisə zamanı sərxoş olduğu bildirilsə də, A.Hacılı açıqlamasında bunu təkzib etmişdi. /Qafqazinfo

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025