Mobil versiya
"Meşəlidə cinayətləri törədənlərdən biri də Xaçatryan idi" - Zərərçəkmiş
Tarix: 01-11-2023 | Saat: 11:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Meşəlidə cinayətləri törədənlərdən biri də Xaçatryan idi" -

Meşəlidə törədilən cinayətlərin başında duranlardan biri də Vaqif Xaçatryan idi. Ermənilərin hücumu zamanı mən iki güllə yarası almışdım.

aia.az xəbər verir ki, bunu 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Salman Rəhimov söyləyib.

O bildirib ki, həmin hadisə zamanı bacısı və nənəsi də yaralanıb: “Nənəm baş nahiyəsindən ağır yaralanıb. Bundan əlavə, babam da zərər çəkib”.

Zərərçəkmişin sözlərinə görə, ermənilər avtomatlardan və digər atıcı silahlardan kəndi və insanları atəşə tuturdular.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025