Mobil versiya
Separatçıların həbsi ilə bağlı YENİ TƏFƏRRÜAT
Tarix: 31-10-2023 | Saat: 16:39
Bölmə:Manşet / Gündəm | çapa göndər

Separatçıların həbsi ilə bağlı


Ermənistan mediası Qarabağda məhv edilən erməni separatçıların qandallanaraq Bakıya gətirilməsi ilə bağlı yeni iddialar irəli sürüb.

aia.az xəbər verir ki, keçmiş separatçı "rəhbərlər" Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın helikopterlə Ermənistana aparılması üçün Bakı ilə danışıqlar aparılıb.

"Hraparak" nəşri yazır ki, Azərbaycan buna qəti şəkildə razı olmayıb: "Laçın sərhəd-keçid məntəqəsindən keçmək istəyən (qondarma) "milli təhlükəsizlik naziri" Ararat Melkumyan və "daxili işlər naziri" Karen Sərkisyan saxlanılıb. Bildiriblər ki, keçmiş "liderlər" təslim olacaqları təqdirdə onlar buraxılacaq. Bundan xəbər tutan keçmiş "liderlər" gizləndikləri yerdən çıxıb, bundan sonra digərlərinin keçidinə icazə verilib".

Separatçıların silahlı dəstələrinin "komandiri" olmuş Levon Mnatsakanyan isə Laçın postundan keçmək istəyərkən saxlanılıb.

Nəşr iddia edir ki, Azərbaycan sərhədçiləri Mnatsakanyanı saxladıqda ondan "Qarabağ Azərbaycandır" deməsini istəyiblər. Erməni mediası onun bunu deməkdən imtina etdiyini iddia edir, lakin bəzi mənbələr Mnatsakanyanın "Qarabağ Azərbaycandır" dediyini bildirirlər.

Separatçı "liderlərin" qandallanaraq Bakıya gətirilməsinin ermənilər üzərində ciddi ruh düşkünlüyü yaradıb. Çünki onlar "qəhrəman" elan edilmişdi və həmişə düşünürdülər ki, işğal davam edəcək. Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra erməni separatizmini tarixin zibilliyinə göndərdi və separatçıları qandallayaraq, "erməni xülyalarını" məhv etdi./publika.az

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025