Səttar Möhbalıyev: “Azərbaycan “yaşıl enerji” siyasətini uğurla həyata keçirir”
Tarix: 27-10-2023 | Saat: 11:26
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər
“Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən ölkəmizin enerji siyasəti, əminliklə deyə bilərik ki, dünyanın enerji təhlükəsizliyinin mühüm tərəfinə çevrilib. Bilavasitə Prezident İlham Əliyevin beynəlxalq miqyaslı təşəbbüsləri ilə ərsəyə gələn layihələrlə ölkəmiz xüsusən Avropanın enerji xəritəsini dəyişməyi bacarıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət “Cənub qaz dəhlizi” kimi nəhəng layihələrin reallığa çevrilməsi ölkəmizin gücünü və onun enerji siyasətinin effektivliyini göstərir. Xatırladım ki, bir zamanlar hətta enerjiyə olan daxili tələbatını idxalla ödəyən Azərbaycan bu sahə üzrə düzgün qurulmuş və həyata keçirilmiş siyasət nəticəsində hazırda dünyaya enerji ötürür. Həmçinin qeyd edim ki, Avropanın üzləşdiyi dərin enerji böhranında Azərbaycan mühüm ümid yeri hesab olunur”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, bu gün ölkəmiz yerləşdiyi əlverişli təbii coğrafi mövqeyi və iqlimindən yararlanaraq alternativ enerji mənbələrinə də üstünlük verir, genişmiqyaslı işlər həyata keçirir və bu istiqamətdə nəzərəçarpacaq dərəcədə müsbət dinamika müşahidə olunub: “Belə ki, istehsal olunan enerjidə bərpa olunan enerji mənbələrinin çəkisi artmaqdadır. Təbii ki, bunun bir sıra üstünlükləri var. İlk növbədə, ekoloji cəhətdən təmizdir, ətraf mühiti çirkləndirmir, tükənən deyil, hətta məhdud və kiçik ərazidə tətbiq imkanları mövcuddur. Məlumdur ki, həm günəş, həm də külək enerjisindən faydalanmaq üçün ölkəmizin potensialı böyükdür. Xüsusən Xəzərsahili ərazilərdə küləkli günlərin sayının çoxluğu, eləcə də ölkə ərazisinin günəşli olması bu sahənin inkişafına şərait yaradır”.
“Oktyabrın 26-da Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi baş tutdu. Prezident İlham Əliyevin mərasimdə iştirakı onun bu sahənin inkişafına dəstəyinin göstəricisidir. Dünyanın böyük və nüfuzlu şirkətlərinin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin ölkəmizə olan marağı, bu cür layihələrə maliyyə yatırması, təbii ki, Azərbaycanda uzun illərdir mövcud olan siyasi sabitlik və yaradılmış əlverişli investisiya mühiti ilə bağlıdır. Stansiya həmçinin ölkəmizdə təbii qaza olan tələbatı azaldacaq, bu da qaz ixracının artmasına, maliyyə imkanlarının yüksəlməsinə kömək edəcək. Həm də məşğulluq, ixtisaslı kadrların yetişməsi baxımından Qaradağ Günəş Elektrik Stansiyasını əhəmiyyətlidir”, - Milli Məclisin deputatı deyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024