Eltun Süleymanov: “Qubadlı Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olacaqdır”
Tarix: 24-10-2023 | Saat: 15:53
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər
“Qədim Azərbaycan diyarı olan Zəngəzur bölgəsinin Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun 30 min sakini məcburi köçkün düşərək respublikamızın müxtəlif şəhər və kəndlərində məskunlaşdırılmışdır. Rayon ərazisində mövcud olmuş 7278 fərdi yaşayış evi, 7 məscid, çox sayda sosial obyektlər, körpülər, kənd təsərrüfatı obyektləri ermənilər tərəfindən tamamilə dağıdılmışdır.
Azərbaycanın cənub-qərbində yerləşən Qubadlı rayonu Laçın, Xocavənd, Cəbrayıl, Zəngilan rayonları, eləcə də 120 km məsafədə Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisinin əksər hissəsi dağlıqdır. Rayonun kəndlərinin əksər hissəsi Həkəri və Bərguşad çayları ətrafında yerləşir.
Qubadlı rayonunun torpaqları çox münbit və məhsuldardır. Rayonda 79812 hektar torpaq fondu mövcud olmuşdur. Rayonun ərazisi təbii dərman bitkiləri ilə zəngindir.
Faydalı qazıntılarla zəngin olan Qubadlı rayonunun kəndlərində mərmərləşmiş əhəng daşı və bir çox qiymətli yataqlar mövcud olmuşdur.
1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd etmişdir ki, “İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdır.
Lakin ilahi ədalət həmişə haqqın tərəfində olduğundan bu əsarətin bitəcəyinə inamımız heç zaman sarsılmadı. ...Və o gün gəldi.
2020-ci ilin oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra Azərbaycan Ordusunun növbəti istiqaməti Qubadlı rayonu idi. İşğalçı Ermənistan silahlı qüvvələri şəhərdə güclü istehkamlar qurmuşdular. Bir çox yüksəkliklər də düşmənin nəzarətində idi. Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən mövqelərimizə atəş açıldı. Ona görə də Qubadlının azad edilməsi xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Sözsüz ki, Azərbaycan Ordusu peşəkarlığı və fədakarlığı sayəsində şəhərə hakim olan yüksəklikləri götürdü. Ətrafda yerləşən Xanlıq qəsəbəsi, Sarıyataq, Padar, Mahmudlu kəndləri və strateji mövqelər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini düşməndən azad etdi.
Qubadlının azad olunmasının hərbi, strateji, siyasi, iqtisadi, mənəvi-psixoloji əhəmiyyəti var. Rayonun azad olunması Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü möhkəmləndirdi, Silahlı Qüvvələrimizin Laçın istiqamətində əməliyyatlar həyata keçirməyinə möhtəşəm imkanlar yaratdı.
Döyüş əməliyyatları nəticəsində Qubadlının şəhər mərkəzi ilə yanaşı, 41 kəndi Ordumuzun igidliyi nəticəsində işğaldan azad oldu. Digər 52 kənd isə 10 Bəyanatından sonra Azərbaycana qaytarıldı. Müzəffər Ordumuz Qubadlını azad etməklə həm də Ermənistanla olan dövlət sərhədini son 27 ildə ilk dəfə bərpa etdi.”
Eltun Süleymanov bildirmişdir ki, “2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis olundu. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu "Qubadlının azad edilməsinə görə"medalı ilə təltif edilmişdir.
Prezident cənab İlham Əliyev 2020 və 2021-ci illərdə Qubadlıya səfərlər etmiş, burada rayon ictimaiyyəti ilə görüş keçirmişdir və "Qubadlı" yarımstansiyasının, eləcə də Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: “Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir vəbundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək. Bu münasibətlə sizi və bütün qubadlıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm.”
Bu gün Zəngəzurun qəhrəmanlıq qalası olan Qubadlı yenidən qurulur. Vaxt gələcək ki, Qubadlı Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olacaqdır. Bu inamla, bu istəklə yaşamaq da, mübarizə aparmaq da hər bir vətəndaş üçün şərəfdir. Qəhrəmanlıq qalası olan Qubadlıya eşq olsun!”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024