Mobil versiya
Şahramanyan 19 sentyabrda atəşkəs üçün Azərbaycan DTX ilə əlaqə saxlayıb
Tarix: 18-10-2023 | Saat: 10:44
Bölmə:Gündəm | çapa göndər

Şahramanyan 19 sentyabrda atəşkəs üçün Azərbaycan DTX ilə əlaqə saxlayıb

Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan sentyabrın 19-da lokal antiterror tədbirləri zamanı atəşkəs üçün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqə saxlayıb.

Bu barədə “Joğovurd” nəşri yazıb.

Şahramanyan, Azərbaycan tərəfini separatçı rejimin sabiq “müdafiə naziri” Samvel Babayan və Təhlükəsizlik Şurasının sabiq “katibi” Vitali Balasanyanla danışıqlara dəvət edib.

Rəsmi Bakı bu variantları rədd edərək, Qarabağdakı separatçı rejimin ləğvini israrla tələb edib.

Qeyd edək ki, antitteror tədbirlərindən sonra separatçılar təslim olub. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək, Bakıya gətirib. (APA)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025