Mobil versiya
Şok kadrlar: İŞİD "kölə qadın"ları bu həbsxanada saxlayıb - VİDEO - FOTO
Tarix: 02-09-2016 | Saat: 10:53
Bölmə:Maraqlı | çapa göndər



Suriyanın şimalındakı Mənbic şəhərində "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının cinsi istismara məruz qoyduğu, "seks köləsi" kimi istifadə etdiyi qadınların saxlandığı həbsxana aşkarlanıb.

Mənbic şəhərinin İŞİD terrorçularından azad olunması üçün döyüşlər aparmış qüvvələri birləşdirən Mənbic Hərbi Şurasının əsgərləri şəhərin mərkəzi küçələrindən birindəki binada bu həbsxananı aşkarlayıblar.
Həbsxanada dəmir qapılı 10 kamera var.

İŞİD terrorçuları seks köləsi olmaq istəməyən qızları və qadınları bu kameralarda saxlayır, onlara işgəncələr verirdilər.

Mənbic şəhərinin azad olunması İŞİD-in 2015-ci ilin iyul ayından, Türkiyə ilə sərhəddəki Kobani yaxınlığında məğlubiyyətə düçar olmasından sonra ən böyük itkisidir.

Mənbicin önəmi onun Suriya-Türkiyə sərhədi ilə İŞİD-in faktiki paytaxtı Rəqqa arasında "tranzit məkan" rolunu oynamasındadır.










Məlumatlanmaq üçün Facebook səhifəmizi

5722 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}