Mobil versiya
Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyi ilə tibbi heyət arasında iclas keçirilib -Fotolar
Tarix: 13-10-2023 | Saat: 19:28
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyi ilə tibbi heyət arasında iclas keçirilib

İclasın mövzusu 2 istiqamətdə aparıldı. 1-ci istiqamət kollektivimizə yeni qatılan həkim və həkim-rezidentlərimizlə ümumi tanışlıq oldu. Kollektivimizə yeni qoşulan həkimlər arasında ölkəmizdə alimlik dərəcəsinə yüksəlmiş və xaricdə təhsil almış böyük bir həkim qrupu yer alır. Ambulator poliklinika, anesteziologiya və reanimasiya, ümumi cərrahiyyə, urologiya, radiologiya, qəbul və təcili tibbi yardım, neyrocərrahiyyə, nefrologiya, fizioterapiya və reabilitasiya şöbələri daxil olmaqla ümumilikdə adı çəkilən şöbələr üzrə 14 yeni həkim mərkəzimizdə fəaliyyətə başlamışdır. Vətəndaşlarımıza göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə yeni sahələrdə fərqli təcrübələrə yiyələnmiş həkim-mütəxəssislərin cəlb olunması kollektivimizdə böyük ruh yüksəkliyi yaratdı.
Həkim-mütəxəssislər eyni zamanda xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının həkim-rezidentlərə öyrədilməsini, nəzəri bilik və praktik vərdişlərinin yaxşılaşdırılmasını həyata keçirəcəklər.

Fəaliyyət planının təkmilləşdirilməsi və problemli məsələlərin müzakirəsi aparıldı. Görülən işlər haqqında hesabat və yaxın gələcəkdə reallaşdıracağımız layihələr haqqında məlumat verən Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov yeni dönəmdə bütün kollektivə fəaliyyətində uğurlar arzuladı. İclasda mərkəzimizdə yeni fəaliyyətə başlayan Süd Vəzi Mərkəzimizin yaradılmasında qarşımıza qoyduğumuz məqsədlərdən bəhs olundu.

Qeyd edək ki, bu tədris ilində Bakı Sağlamlıq Mərkəzində 45 yeni həkim-rezident işə başlayaraq, ümumilikdə Mərkəzimizdə fəaliyyət göstərən həkim-rezidentlərin sayı 108-ə çatdırılmışdır. Rezidentura təhsili tibbi kadrların hazırlanmasında əsas strateji sahədir və Mərkəzimizin bu yolda atdığı uğurlu addımların nəticəsidir ki, bugün müxtəlif sahələr üzrə Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərən həkim-rezidentlərimiz yüksək bilik və bacarıqlara yiyələnirlər.

İclasın 2-ci hissəsində isə Mərkəzimizdə beynəlxalq təlimçi, psixoloq, Xanım Həsənova tərəfindən NLP təlimi keçirildi. Bu təlimin baş tutmasında məqsədimiz kollektivimizin NLP təlimlərində iştirakını təmin etməklə ölkəmizin inkişafına töhfə verməkdir.

Baş tutmuş iclasdan görüntüləri Sizlərə təqdim edirik. Xoş seyrlər!




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə