Mobil versiya
“Şanlı tarixin Memarı” -Fotolar
Tarix: 13-10-2023 | Saat: 15:05
Bölmə:Gündəm | çapa göndər

“Şanlı tarixin Memarı”

Oktyabrın 13-də Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibətilə “Şanlı tarixin Memarı” mövzusunda tədbir keçirib. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə çıxışında bildirmişdir ki, 15 oktyabr 2003-cü il yaxın tarix olsa da, həmin gündə Azərbaycanın bugünkü tarixi yazılırdı. Zaman Azərbaycan xalqına seçim imkanı tanımışdı.
Xalq o dövr oktyabrın 1-də ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciətini məmnunluqla qəbul edərək öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin siyasi kursu yaşamağa davam etdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verərək bu günkü qələbələrimizin, gələcək inkişafımızın öndərini seçmiş oldu.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.

Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bildirib ki, Cənab Prezident İlham Əliyev müstəqillik tariximizin ən parlaq səhifəsini yazmışdır. Onun sərkərdəliyi ilə qazandığımız Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Ərazi bütövlüyümüzün bərpa olunması isə Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.
Ramiz Həsənov vurğulamışdır ki, eyni zamanda Prezident İlham Əliyevin sosial siyasət kursunun çox mühüm istiqamətlərindən biri aztəminatlı insanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasıdır. Pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilbəil artırılır, ünvanlı sosial yardım və özünü məşğulluq proqramları daha çox ehtiyacı olan ailələri əhatə edir, sosial evlər tikilir, ipoteka kreditləri verilir, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər daha geniş şəkildə dövlətin qayğısı ilə əhatə olunurlar.

Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin İdman sektorunun müdiri Zakir Məmmədov da çıxışında qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verib, gənclərin məşğulluğunu, sosial müdafiəsinin təmin olunmasını stimullaşdırıb. Prezident İlham Əliyevin gənclərə daimi diqqət və qayğısı təzahürü kimi ölkədə bir sıra təşkilatlar - hərəkatlar, ictimai birliklər yaradıldı. Gənclər təşkilatlarına dövlət səviyyəsində kifayət qədər böyük dəstək, onların fəaliyyəti üçün əlverişli şərait var.

Zəngilan rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, Zəngilan RİH-nin məsul əməkdaşı Şəhla İmanzadə, Zəngilan rayon Diyarşünaslıq Muzeyinin direktoru Nərmin Fərəcli öz çıxışlarında qeyd etdilər ki, Cənab Prezidentin irəli sürdüyü "Biz birlikdə güclüyük!" şüarı bütün dövrlərin birlik və həmrəylik himninə çevriləcəkdir!

Sonda Prezident İlham Əliyevə həsr olunmuş “Sən özün memar oldun” qısametrajlı bədii-sənədli poetik film nümayiş olundu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025