Mobil versiya
"Qəzza qətliamına heç bir bəraət qazandırmaq olmaz" - Ərdoğan
Tarix: 13-10-2023 | Saat: 09:39
Bölmə:Manşet / Gündəm | çapa göndər

"Qəzza qətliamına heç bir bəraət qazandırmaq olmaz" -


Qəzzada törədilən qırğına heç bir bəraət qazandırmaq olmaz.

aia.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Gənclik Fondunun (TÜGVA) təşkilati toplantısında çıxışı zamanı deyib.

O, ABŞ-nin bu məsələdə mövqeyini tənqid edərək, bütün dünya ölkələrini sülhə nail olmaq üçün səy göstərməyə çağırıb. “Amerika kimi bir ölkə üçün daha uyğun nə olardı? O, sülhü bərqərar etməyə çalışır, yoxsa odun üstünə benzin qatır?”, - deyə Ərdoğan bildirib.

“Qəzzada su, çörək, yemək yoxdur. Bu, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə ziddir. Qərb haradadır? İndiyə qədər hansı tədbirləri görüblər? Heç biri heç nə!" - istənilən müharibənin müəyyən müharibə qanunlarına görə aparılmalı olduğunu qeyd edən prezident Ərdoğan Qəzzanın bombalanmasını qətliamla müqayisə edib.

Onun sözlərinə görə, dövlətlər qanunlara əməl etməyə və buna görə məsuliyyət daşımağa borcludurlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025