Mobil versiya
“Azərbaycan Milli Ensiklopediyası”na 40 yeni söz əlavə olundu
Tarix: 11-10-2023 | Saat: 10:45
Bölmə:Gündəm | çapa göndər

“Azərbaycan Milli Ensiklopediyası”na 40 yeni söz əlavə olundu

“Azərbaycan Milli Ensiklopediyası”nda təkrar sözlərin sayı 500-ə endirilib, 40 yeni söz əlavə olunub.

aia.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə ensiklopediyanın sözlüyünün hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.

AMEA rəhbəri diqqətə çatdırıb ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən 12 bölmə üzrə 862 sözdən ibarət ensiklopediyanın sözlüyü qısa müddətdə hazırlanaraq Rəyasət Heyətinə təqdim edilib və sözlüyün müzakirəsini təmin etmək və son variantını hazırlamaq məqsədi ilə komissiya yaradılıb.

İ.Həbibbəyli vurğulayıb ki, təkrarlar aradan qaldırılaraq sözlükdə sözlərin sayı 500-ə endirilib və əlavə yeni 40 söz artırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025