Mobil versiya
Yeni Klinikada "Mulligan Manual Terapiya Konsepsiyası" təlimi keçirildi -Fotolar
Tarix: 04-10-2023 | Saat: 16:20
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Yeni Klinikada "Mulligan Manual Terapiya Konsepsiyası" təlimi keçirildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsində beynəlxalq əməkdaşlıq çərçivəsində "Mulligan Manual Terapiya Konsepsiyası" üzrə təlim keçirilib.
Təlimdə TƏBİB-in icraçı direktorunun müşaviri, Yeni Klinikanın İdarə Heyətinin üzvü Pərvin Əkbərov, fizioterapevt Dr. Murat Dalkılınç, Prof. Dr. Bülent Elbasan Yeni Klinikanın həkim-fizioterapevtləri və Azərbaycan Tibb Universitetinin tələbələri iştirak ediblər.
Türkiyənin Qazi Universitetinin professoru Dr. Bülent Elbasan və Birləşmiş Ərəb Əmirliklərinin Prezident Mühafizə Korpusunun Fizioterapiya departamentinin direktoru, “Mulligan Manual Terapiya” təlimçisi fizioterapevt Dr. Murat Dalkılınç "Mulligan Manual Terapiya Konsepsiyası” üzrə təlim keçiblər.
Azərbaycanda fizioterapiya və reabilitasiya sahəsinin daha da inkişaf etdirilməsi məqsədi ilə təşkil olunan təlim 3 gün davam edib. Həm nəzəri, həm praktiki istiqamətdə təşkil olunan təlimdə iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, manual terapiya əl ilə tətbiq olunan terapiya üsuludur. Əsasən bədəndə ağrı, gərginlik, spazm və funksional pozğunluqları müalicə etmək üçün istifadə olunur. “Mulligan konsepsiyası” isə manual terapiyanın ən məşhur konsepsiyalarından biridir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024