Mobil versiya
Yeni Klinikada ahıl şəxslərin müayinəsi təşkil olundu -Foto
Tarix: 02-10-2023 | Saat: 13:13
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Yeni Klinikada ahıl şəxslərin müayinəsi təşkil olundu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsində 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə ahıl şəxslərin müayinəsi təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsindən gələn ahıl şəxslər Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan müayinələrdən keçiblər.
Sosial Xidmət Müəssisəsindən gələn 20 nəfər Terapiya, Endokrinologiya, Kardiologiya, Urologiya şöbələrində müayinə olunaraq ambulator müalicəyə cəlb ediliblər.
Müayinə edilən ahıl şəxslərdən birinin isə stasionar şəraitdə müalicə olunmasına qərar verilib.
Qeyd edək ki, BMT Baş Məclisinin müvafiq Qətnaməsinə əsasən 1 oktyabr - Dünya Ahıllar Günü bütün dünyada olduğu kimi, ölkəmizdə də xüsusi qeyd olunur.
Bu günün təsis olunmasında əsas məqsəd bu kateqoriyadan olan insanların sosial-məişət problemlərini, tibbi ehtiyaclarını öyrənmək və ictimaiyyətin diqqətini bu məsələlərin həllinə yönəltməkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə