Mobil versiya
Eltun Süleymanov: “ Bizim davamız haqq davasıdır”
Tarix: 02-10-2023 | Saat: 10:28
Bölmə:Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “ Bizim davamız haqq davasıdır”

“Ötən ilin oktyabrında "Dayanıqlı İnkişaf Məqsədləri” və "Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun təşkil olunması ciddi maraq doğurub.
Azərbaycan tərəfindən UN-Habitat ilə birgə bu il sentyabrın 29-dan etibarən “Şəhərsalma həftəsi” çərçivəsində bir sıra yüksək səviyyəli tədbirlər, o cümlədən sentyabrın 29-dan oktyabrın 1-dək Zəngilan və Bakıda “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi kimi” mövzusunda II Milli Şəhərsalma Forumunun təşkili bu gözəl işin ənənə haklına gəldiyindən xəbər verir.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, “sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. Ölkəmizin başçısı cənab İlham Əliyev Forumda çıxış edərək bildirmişdir ki, “Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq.
Zəngilan Beynəlxalq Hava Limanı azad olunmuş ərazilərdə inşa edilmiş ikinci hava limanıdır. Üçüncüsü isə hazırda Laçında inşa edilir və iki il ərzində o hava limanı da istifadəyə veriləcək. Biz Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçiririk. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Hesab edirəm ki, Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir. Ona görə də burada bu potensial var.”
İşğaldan azad edildikdən sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, yeni kəndlərin salınması, şəhər mərkəzinin yaşayış üçün qısa müddətdə şəraitin yaradılması onu göstərir ki, ölkə başçısı ərazinin tezliklə məskunlaşdırılmasında, yerli əhalinin təhlükəsiz şəkildə ata-baba yurduna qaytarılması xüsusi önəm daşıyır. Bu mənada cənab prezidentin həyata keçirdiyi siyasət xüsusi diqqət çəkir.”

Eltun Süleymanov qeyd etmişdir ki. “Məhz cənab Prezidentin qətiyyəti ilə azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonu da gün-gündən abadlaşır və çiçəklənir. İndi dünya görür ki bu torpaqların əsil sahibi kimdir. İşğaldan azad edilən ərazilərdə məskunlaşmanın tarixi qısa olsa da bu qısa tarixdə görülən işlərin həcmi çox böyükdür. İndiyə qədər abadlaşdırma işlərinə büdcədən 7 milyard ABŞ diolları xərclənmişdir. Ağır maliyyə yükü olmasına baxmayaraq dövlətimiz Qarabağın abadlaşdırılmasını və məskunlaşdırmanı bir nömrəli vəzifə elan edib.
Bu günlərdə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü tam bərpa edilmişdir. Lakin hələ də ermənipərəst qüvvələr Azərbaycana qarşı qarayaxçama kampaniyasından əl çəkmək istəmirlər. Onların cavabını verən cənab Prezident İlham Əliyev Forumda çıxışında demişdir: “Antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Bunun nəticəsi nə oldu? Biz davam etdikmi? Xeyr! Bizim belə bir niyyətimiz yox idi. Biz nəticədə harada istəsəydik orada dayanacaqdıq. Bunu demək o qədər də çətin deyil. Ancaq bizim niyyətimiz bundan ibarət deyildi. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.”
Eltun Süleymanov sonda qeyd etmişdir ki, “Azərbaycan xalqı və dövləti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi ilə bütün çətinliklərin öhdəsindən gələcək və regionda sülhün bərqərar olmasına nail olacaq. Pislərin pislikləri də özlərinə qalcaq. Bizim qətiyyətimiz bütün çətinlikləri geridə qoyacaq. Çünki davamız haqq davasıdır!”




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024