Yeni Klinikaya yeni cihaz gətirildi -Foto
Tarix: 26-09-2023 | Saat: 13:16
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsinə yeni cihazların gətirilməsi davam edir.
Belə ki, ölkədə fəaliyyət göstərən az sayda tibb müəssisələrinin sahib olduğu "Sümük Densitometriya - DEXA" cihazı sayəsində sümük sıxlığını ölçmək mümkündür.
Məhz bu cihazın vasitəsilə osteoporozun varlığı və dərəcəsi müəyyən edilir. "Sümük Densitometriya - DEXA" cihazının köməyi ilə müalicənin yekununda əldə edilən nəticəni əvvəlki müayinə ilə müqayisə etmək mümkündür.
Heç bir əlavə təsiri olmayan prosedur zamanı ağciyər rentgenoqrafiyasından alınan radiasiya dozasının yalnız onda biri qədəri alınır. Ağrısız həyata keçirilən prosedur təxminən 15 dəqiqə çəkir və heç bir ilkin hazırlıq tələb etmir.
Qeyd edək ki, osteoporoz sümüklərdə kalsium miqdarının azalması nəticəsində yaranan patalogiyadır. Bu halda sümüklər öz gücünü itirir və kövrəkləşir.
Osteoporozun erkən mərhələdə diaqnozunu qoymaq və xəstəliyin gedişatını müqayisəli şəkildə təhlil edə bilmək üçün inkişaf etdirilən sümük densitometriya sistemi osteoporoz səbəbiylə qırılma riskini təyin etmək üçün dünyada ən geniş istifadə edilən üsuldur.
Məlumat üçün bildirək ki, osteoporozun ilkin səbəbləri yaş, cinsiyyət, eyni zamanda siqaret və həddindən artıq spirtli içki istehlakı ilə müşayət olunan həyat tərzi, müəyyən dərmanların qəbulu nəticəsində sümük toxuma itkisidir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024