Mobil versiya
Qarabağın erməniəsilli sakini: “Azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm”
Tarix: 25-09-2023 | Saat: 11:35
Bölmə:Gündəm | çapa göndər

Qarabağın erməniəsilli sakini: “Azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm”

“Doğulandan Əsgəranda yaşamışam. Azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm”.

Bunu “Report”un Laçına ezam olunan əməkdaşına açıqlamasında Qarabağın erməniəsilli sakini Serjik Qriqoryan deyib.

O bildirib ki, Xankəndinə bir daha qayıtmaq istəmir:

“Yaşım 60-dan çoxdur. Əsgəranda doğulmuşam və orda da yaşayırdım. Azərbaycanlılarla çox işləmişəm. Traktorçu olaraq çalışırdım. Mən azərbaycanlıların ancaq yaxşılığını istəyirəm, onların mənə çox xeyri dəyib”.

S.Qriqoryan bildirib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərkən ona heç bir maneə yaşadılmayıb:

“Burdan keçəndə heç bir problem yaratmadılar. Qayıtmaq fikrim yoxdur”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025