Koronavirusa yoluxma halları 63 faiz artıb - ÜST
Tarix: 01-09-2023 | Saat: 13:23
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
COVID-19-a səbəb olan SARS-CoV-2 virusu ciddi xarakter daşımır, onun davranışı isə əvvəlcədən müəyyən edilə bilməz.
aia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove bildirib. O qeyd edib ki, bir sıra ölkələrdə, o cümlədən Avropada virusa yoluxanların xəstəxanaya yerləşdirilməsi halları artır.
ÜST-nin eksperti bildirib: “Virus sakitləşməyib, onun Şimal və Cənub yarımkürələrinin mülayim bölgələrində yayılmasında mövsümilik yoxdur, ona görə də proqnozlaşdırıla bilməz. Biz adətən Şimal və Cənub yarımkürələrində müəyyən dövrlərdə qrip formasında artım müşahidə edirik. COVID-lə bağlı isə bu belə deyil. COVID istənilən vəziyyətdə münbit şəraitdən istifadə edir. Hazırda Şimal yarımkürəsindəki bir sıra ölkələrdə təkcə xəstəliyə yoluxma hallarında deyil, həm də xəstəxanaya yerləşdirilənlərin sayında artım var. Axı Şimal yarımkürəsində yaydır. Adətən, tənəffüs yolları patogenləri ilə bağlı belə olmur”.
Mariya van Kerxove yekunda deyib: “"Bir sıra ölkələrdə, ilk növbədə Avropada xəstəxanaya yerləşdirilənlərin sayında narahatlıq doğuran artım tendensiyası görürük".
ÜST-nin informasiya bülleteninə əsasən, iyulun 24-dən avqustun 20-dək dünyada 1,47 milyondan çox insan koronavirusa yoluxub və 2 mindən çox pasiyent dünyasını dəyişib. Yoluxanların sayı əvvəlki 28 günlə müqayisədə 63 faiz artıb. Yunanıstan, İrlandiya, Malta və Hollandiya da daxil olmaqla, on altı Avropa ölkəsi koronavirusla bağlı xəstəxanaya yerləşdirmələrin artdığını bildirib. Bütövlükdə, Avropa regionunda 28 gün ərzində xəstələnmə halları 12 faiz artıb. Bu artım Şərqi Aralıq dənizi (plüş 112 faiz) və Qərbi Sakit okean regionunda (plüş 88 faiz) da qeydə alınıb. Şərqi Aralıq dənizində dörd həftə ərzində ölüm hallarının 70 faiz artması qeydə alınıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024